Modern.az

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Aktual

Bu gün, 13:32

Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub.

Modern.az Qaynarinfo-ya istinadən məlumat verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır. Çillər Əsədli uzun illərdir sözügedən şöbənin rəisi kimi təhsil və tibb müəssisələrində "İntihar və intihara cəhd hadisələrin qarşısının alınması”, "Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları” mövzusunda seminarlar keçirib. 

 


Sizə yeni x var
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var