Modern.az

Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlanıldı

Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlanıldı

Aktual

1 Avqust 2026, 14:00

Abşeron rayonunda talama cinayəti baş verib.

Modern.az xəbər verir ki, Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birində naməlum şəxs alış-veriş edən zərərçəkənin içərisində nağd pul, bank kartı və şəxsi sənədləri olan çantasını oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 61 yaşlı N.Qulamov saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetmanin də aşkarlanıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada