Modern.az

İran HƏDƏLƏDİ: "Hücum edilərsə, bütün regionu daş dövrünə qaytaracağıq"

İran HƏDƏLƏDİ: "Hücum edilərsə, bütün regionu daş dövrünə qaytaracağıq"

Dünya

Bu gün, 02:44

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ və İsrailə sərt xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, o, bu barədə o, özünün "X" hesabında paylaşım edib.

Rezai qeyd edib ki, bəzi qüvvələr bazarların iki gün bağlı olmasından istifadə edərək İrana sürətli və dağıdıcı zərbə endirib Tehranı təslim olmağa məcbur edə biləcəklərini düşünürlər: "Bu, Netanyahu tərəfindən Trampa təlqin edilən xülyadır. Əgər İrana hücum edilərsə, biz bütün regionu və onun infrastrukturunu daş dövrünə qaytaracağıq. Ağılsız addım atmamaq sizin öz xeyrinizədir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var