Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən restoranlardan birində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaralananların sayı 21 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, partlayış restoranın daxilində işə salınan əldəqayırma partlayıcı qurğu nəticəsində baş verib. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda partlayışın səbəbləri araşdırılır, hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
*21:53
Moskvada "Barrikadnaya" metro stansiyasının yaxınlığında, Kudrinskaya meydanında yerləşən "Balzi Rossi" restoranında partlayış baş verib.
Modern.az xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Partlayışdan sonra restoranda yanğın başlayıb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Hadisə yerinə 20-dən çox təcili yardım və FHN maşını göndərilib.