Modern.az

"Sabah"dan növbəti TRANSFER 

"Sabah"dan növbəti TRANSFER 

İdman

2 Avqust 2026, 00:19

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Modern.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

Nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra klubun uğurları üçün çalışacaq. 20 yaşlı futbolçu İngiltərənin “Şeffild Yunayted” klubundan transfer edilib. Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu karyerası ərzində Bolqarıstanın “Botev Plovdiv” (2024/25) və Türkiyənin “Serikspor” (2026) komandalarında çıxış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir