Modern.az

Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO

Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO

Aktual

16 Oktyabr 2019, 13:58

Ötən axşam Azərbaycan Dövlət Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsert proqramı Xorvatiya Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Modern.az xəbər verir ki, Xorvatiya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Branko Zebiç tədbirə gələn qonaqları salamlayaraq, belə bir konsert üçün Azərbaycana gələn “Ad Gloriam Brass” qrupuna və dəstək üçün Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Səfir çıxışında Azərbaycan -Xorvatiya münasibətinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayıb.

Daha sonra proqramı “Ad Gloriam Brass” ansamblının ifasıyla  davam edib.

“Ad Gloriam Brass”  26 ildir ki fəaliyyət göstərən bir sekstet ansamblıdır. Konsertin birinci hissəsində ansambl Xorvatiyanın İsiriya bölgəsindən olan Renessans dövrünə aid xorvat musiqilərini ifa edib.
Daha sonra Xorvatiya vokal musiqisindən ənənəvi parçalar ifa olunub. Ansambl həmçinin müasir xorvat bəstəkarı Tomislav Uhlikin   “Kiçik folklor sərgisi” əsərini ifa edib.

Konsertdən sonra Modern.az saytına açıqlama verən ansambl üzvləri Azərbaycan və Xorvatiya arasında simvolik körpü yaradan bəstəkar Tofiq Quliyevin “Vals” kompozisiyası ilə çıxış etdikləri üçün böyük şərəf duyduqlarını bildiriblər.

Konsertin ikinci hissəsində dünya opera ədəbiyyatından hazırlanmış kompozisiyalar və məşhur əsərlər ifa olunub...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?