Arxiv
16 Oktyabr 2019, 15:11 | İQTİSADİYYAT
MİDA 570 mənzili 1 dəqiqədə satdı - YENİLƏNİB

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində daha 570 mənzilin güzəştli satışını həyata keçirib.

Modern.az-ın məlumatına görə, bu barədə şərh verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bütün mənzillərin satışna cəmi 1 dəqiqə vaxt sərf olunduğunu deyib:

“MİDA -nın budəfəki onlayn mənzil satışında ilk mənzil seçimi təxminən 12 saniyə çəkdi.

Ötən onlayn satışlarda adətən ilk seçimə 6-7 saniyə sərf olunurdu.
Bu gün, ilk dəfə olaraq tətbiq olunan CAPTCHA texnologiyasına əsasən,  iddiaçılar seçim prosesində əlavə olaraq 12 simvolu da sistemə daxil etməliydilər. MİDA bunu robot-seçimlərə qarşı tətbiq edib.
Qərargah üzvləri sistemin normal çalışdığını, kənar müdaxilənin olmadığını bildiriblər”.

Onun sözlərinə görə, 570 mənzilin onlayn satışı təxminən 1 dəqiqə ətrafında başa çatıb. Onlayn satış prosesinə təxminən 3800 iştirakçı qatılıb.

 

Mənzil İnşaatı Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 16.10.2019-cu il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Rəsmi məlumatda bildirilib ki, “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 12724 nəfərdir:

“Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 09:29 Ordumuzun baş leytenantı ŞƏHİD OLDU 13 İyul 2020, 09:19 Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi - VİDEO 13 İyul 2020, 09:04 Ombudsmandan cəbhədəki təxribatla bağlı AÇIQLAMA 13 İyul 2020, 09:00 Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53 Türkiyədə zəlzələ oldu 12 İyul 2020, 20:41 “Qurban Abbasov” gəmisinin 19 heyət üzvü COVID-19-a yoluxdu 12 İyul 2020, 20:19 AzTV şəhidlərə görə konserti ləğv etdi 12 İyul 2020, 20:14 Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi - YENİLƏNİB 12 İyul 2020, 20:03 XİN cəbhədəki vəziyyəti ŞƏRH ETDİ: Düşmən yeni mövqelər ələ keçirmək İSTƏYİB 12 İyul 2020, 19:27 Müdafiə Nazirliyi erməniləri TƏKZİB ETDİ: Ərazi itkisinə yol verilməyib 12 İyul 2020, 18:58 Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA 12 İyul 2020, 18:49