Arxiv
17 Oktyabr 2019, 12:09 | PARLAMENT
Siyavuş Novruzov o məmurları istefaya ÇAĞIRDI

“Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən bildirib.

 

S.Novruzov qeyd edib ki, qarayaxmaların hamısı Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmiş addımlardır:


“Təbii ki hər hansısa sahələrdə neqativlərin olması və bunun tənqidi normaldır. Ancaq biz görürük ki, harada iş getmirsə, o sahəyə toxunulmur.  Harada iş yaxşı gedirsə,  orada prezidentə sədaqətli insanlar çalışırsa, ona qarşı qarayaxma kampaniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük, öyrədilmiş adamlar ortaya çıxdı”.

 

Komitə sədri xatırladıb ki, Prezident müşavirədə nöqsanlarla bağlı məmurlara xəbərdarlıq edib:


“Onlardan hazırda vəzifə başında oturanlar var ki, dövlətin apardığı işə əngəl törədirlər. Onlar üçün ən yaxşı yol istefa verməkdir. İstefa verib, kənara çəkilməlidir ki, ölkə inkişaf etsin. Kadr islahatlarına gəldikdə, kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş , qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Əgər kim hardasa bir nöqsan görürsə, istənilən vasitə ilə tez bir zamanda səsini eşitdirə bilər. Hansısa sahələrdə nöqsanlar, büdcə şişirtmələri varsa, o da araşdırılmalıdır. Prezidentin qaldırdığı hər bir məsələ ən incə ayrıntısına qədər diqqət edilməli və o sahəlrədəki nöqsanlar aradan qaldırılmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistlə müsahibə Cəlil Məmmədquluzadənin nəticəsini Bakıya necə gətirdi? 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42 Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ 19 Noyabr 2019, 15:35 UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir 19 Noyabr 2019, 15:27 Bir daha AŞBAZ sözünün yazılışı haqda 19 Noyabr 2019, 15:20