Arxiv
17 Oktyabr 2019, 16:15 | PARLAMENT
“Biznesdə məmur sahibkarlığı aradan qaldırılsın!” - Deputatdan 8 TƏKLİF

“İqtisadi müşavirədə Prezidentin qeyri-neft sektorunda ümumi artım templərinin aşağı olması ilə bağlı məsələni qaldırması çox vacib məqamdır. Çünki bu sahədə həm yerli tələbatı dolğun şəkildə ödəmək, həm də qeyri-neft eksportunu qat-qat artırmaq istiqamətlərində böyük imkanlar olsa da, heç də hər yerdə həmin imkanlardan yetərincə istifadə olunmur”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə qeyri-neft sektoru ilə bağlı iradlarına münasibət bildirərkən deyib.


Deputat qeyd edib ki, qeyri-neft sənayesində artım 15 faizi ötsə də, bu sektorda artım tempi 3 faizin ətrafındadır:


“Demək olar ki, bundan 5 dəfə aşağıdır. Deməli, qeyri-neft sektorunun potensialımıza layiq səviyyədə inkişafına nail olmaqdan və bu sahənin büdcəyə töhfəsini artırmaqdan ötrü məsələyə kompleks yanaşmaqla hələ çox işlər görmək lazımdır”.

 

Ə.Məsimli aşağıdakı məsələlərin həllinin daha vacib olduğunu vurğulayıb:


1. Azərbaycan iqtisadiyyatında və cəmiyyət həyatının bütün sahələrində hüququn aliliyinə və iqtisadi azadlıqlara yönəlik əsaslı islahatlara davamlı xarakter verilməsi. Bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institusional əsaslarının inkişaf etdirilməsi, insan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin edilməsi istiqamətində fundamental islahatların həyata keçirilməsi. Monopoliyanın kiçik və orta biznesin sıxışdırmasının qarşısının alınmasının effektiv mexanizminin hazırlanması, iri, orta və kiçik biznesin rasional kombinasiyası əsasında qeyri-neft sektorunda iqtisadi artımın sürətinin artırılmasına əlavə təkan verilməsi.

2. Sənaye şəhərcikləri, məhəllələri, aqrar sahədə yeni adekvat strukturların yaradılması işinin genişləndirilməsi ilə yanaşı, mülkiyyət münasibətlərinin təkmilləşdiriilməsi və ümumiyyətlə sahibkarlığın inkişafının səmərəliliyinin artırılması istiqamətində işlərin sürətləndirilməsi. Ölkədə özəlləşdirməyə vüsət verilməsi, eləcə də özəlləşdirildikdən sonra fəaliyyətsiz qalan və öz perspektivini hələ də saxlayan müəssisələrin fəaliyyətinin bərpa edilməsi imkanlarına yenidən baxılması. Xüsusən də koommunal xidmətlə əlaqəli sahələrin optimal variantlarda özəlləşdirilməsi və ya etibarlı şirkətlərə uzunmüddətli istifadəyə verilməsi.

3. Ölkəmizin güclü potensialına layiq səviyyədə tərəqqinin buxovuna çevrilmiş inhisarçılığa, korrupsiya və məmur özbaşınalıqlarına qarşı sistemli mübarizənin gücləndirilməsi. Biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılması.Azad sahibkarlığın, xüsusən də kiçik və orta biznesin qarşısındakı bütün maneələrin aradan qaldırılması, prioritet istiqamətlər üzrə əlverişli şərtlərlə kredit, vergi və digər güzəştlər verilməsi yolu ilə azad rəqabətə və azad sahibkarlığa geniş meydan verilməsi. 

4. Struktur islahatları vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması.

5. Biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılması.

6. İslahatları dərinlşdirmək, xüsusən də struktur islahatları vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olmaq.

7. İqtisadi siyasətdə strateji xətt kimi əsas gücün yeni texnika və texnologiyaya əsaslanan fundamental struktur islahatlarının həyata keçirilməsi və keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin sürətləndirilməsi. İqtisadiyyatın real sektorunun keyfiyyətli təhsil, elm və səriştə, bilik iqtisadiyyatı ilə sıx əlaqəsinin təmin edilməsi.

8. Bu il əksər sahələrdə müsbət dinamika müşahidə olunsa da, sərmayə qoyuluşu sahəsində hələ əvvəlki illərdəki səviyyə təmin olunmayıb. Artıq dördüncü ildir ki, ölkədə sərmayə qoyuluşları sahəsində durğunluq və azalma davam edir və nəticədə onun həcmi 2014-cü ildəki ÜDM-in 30 faizindən indiki ÜDM-in 17 faizi səviyyəsinə enib. Bu, hazırkı şəraitdə məqbul sayıla biləcək həddən iki dəfə aşağıdır. Bu amil ümumi iqtisadi artım tempinə mənfi təsir göstərir”.

 

Deputat hesab edir ki, ona görə də islahatları genişləndirmək və dərinləşdirmək şəraitində iqtisadiyyata həm xarici, həm də öz sahibkarlarımız tərəfindən sərmayə qoyuluşu sahəsində əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var:

“Sərmayə qoyuluşlarının strukturu da innovasiyalı inkişaf prinsiplərinə uyğun gəlmir, 70 faizdən çoxu tikinti-quraşdırma işlərinə və yalnız 12 faizi maşın, avadanlıq və sair texnikanın tətbiqinə sərf olunur. İqtisadi artım templərini sürətləndirməkdən ötrü həm sərmayə qoyuluşlarının yeni mərhələnin hədəflərinə uyğun şəkildə artırılması, həm də onun strukturunu əsaslı surətdə təkmilləşdirib, perspektivli istehsal sahələrinə, daha çox əlavə dəyər gətirən sahələrə yönəldilməsi, sərmayə qoyuluşlarının səmərəliliyinin artırılması və xüsusən də regionlarda biznesin inkişafına yönəlik əlavə tədbirlərin görülməsi, rəqabətədavamlı yerli tələbat mallarının istehsal sahələrinin genişləndirilməsi, yetərincə yaxşı maaşlı iş yerlərinin açılması istiqamətində təsirli tədbirlərin görülməsi çox vacibdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistlə müsahibə Cəlil Məmmədquluzadənin nəticəsini Bakıya necə gətirdi? 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42