Modern.az

Bakıda keçiriləcək sammitdə 60 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək

Bakıda keçiriləcək sammitdə 60 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək

Aktual

22 Oktyabr 2019, 12:46

Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, Bakıda keçiriləcək sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı da gözlənilir.

 

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü