Modern.az

78 yaşlı Arif Rəhimzadə: “Mən yaşlaşmamışam, cavanam”

78 yaşlı Arif Rəhimzadə: “Mən yaşlaşmamışam, cavanam”

26 Oktyabr 2019, 12:32

“Prosesləri yaxından izləyirəm. Şəxsən mənimçün gözlənilməz olmadı. Sözün doğrusu, konkret namizədlərlə əlaqədar olaraq bir söz deyə bilmərəm. Ancaq hesab edirəm ki, cənab prezidentin apardığı siyasət gözlənilən idi. O mənada ki, həqiqətən də yeni-yeni ideyalar, baxışlar tətbiq olunur və bunlar yürüdülən siyasətə tamamilə uyğun gələn addımlardır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə ölkədə aparılan kadr islahatları ilə bağlı “Yeni Müsavat”a müsahibəsində deyib.

 

78 yaşlı A.Rəhimzadə pensiya yaşı keçmiş deputatlarla bağlı aparılan müzakirələrə də toxunub:

“Birincisi, deputat təyin olunmur, seçilir. İkincisi, bunu deputatın yerdə nüfuzunun olub-olmaması müəyyənləşdirir. Üçüncüsü də buna partiyanın münasibəti vacibdir... Kimisə çıxartdılar, kimisə qoydular, bu, deputatlara aid məsələ deyil”.

 

O, hazırda pensiya yaşında olan deputatların gələn il keçiriləcək parlament seçkilərinə qatılıb-qatılmaması barədə də danışıb.

“Səhhəti ona imkan verirsə, dairədə nüfuzu varsa, partiya tərəfindən dəstəklənirsə, işləmək qabiliyyətinə malikdirsə, əlbəttə, iştirak edəcək” -  deyən Rəhimzadə şəxsən özünə gəldikdə “Hələ ona kimi bir il var. Mən hesab etmirəm ki, bu bir il ərzində məni hansısa bir xəstəlik yaxalaya bilər, ya formadan düşə bilərəm” deyib:

“Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam. Odur ki, 2020-ci ilə kimi belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcəyəm. Əlbəttə, sizə dediyim şərtlərə uyğun gəlsəm”.

 

Rəhimzadə gələn il parlament seçkilərində iştirak etməyəcəyini bəyan edən 82 yaşlı deputat həmkarı Ağacan Abıyevin “Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır” fikrinə də münasibət bildirib:

“Özü yaşlandığını dərk edib deyirsə, çox yaxşı… Mən yaşlaşmamışam, cavanam...”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir