Arxiv
31 Oktyabr 2019, 09:05 | TƏHSİL
Bakıda Slavyan Universiteti Azərbaycana fəlakət gətirmiş Primakovun şərəfinə MÜSABİQƏ KEÇİRİB

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar qırığınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib.

Modern.az xəbər verir ki, BSU rəhbərliyinin xeyir-duası ilə atılan bu addım Azərbaycan cəmiyyətində hiddət doğurub.

Müsabiqəyə qatılan Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələrinə bu günlərdə diplom da verilib.
Esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş tələbələr – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib.

Bu hadisə sosial şəbəkələrdə ciddi etiraza, tənqidə və qınağa tuş gəlib. Ziyalılar bu müsabiqəyə görə BSU rəhbərliyinin istefaya səsləyiblər.

Yeri gəlmişkən, oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi də açılıb.

Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli baş verən bu iki hadisəni biabırçılıq adlandırıb. "20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Yevgeni Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır!!!", - Nəsir Əhmədli deyib.

Y.Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. Faciə nəticəsində 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub

Yevgeni Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. O, Sənaye Ticarət Palatasının prezidenti postunda 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi çalışıb.

Y.Primakov 2015-ci ildə vəfat edib.


A.Qorxmaz 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45