Modern.az

Xaçmazın və Yevlaxın yeni icra başçıları kimdir? - DOSYE

Xaçmazın və Yevlaxın yeni icra başçıları kimdir? - DOSYE

İqtisadiyyat

31 Oktyabr 2019, 16:06

Prezident İlham Əliyev bu gün Xaçmaz Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Ölkə başçısının sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər sərəncamla Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Modern.az saytı hər iki yeni icra başçısının qısa tərcümeyi-halını təqdim edir:


Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni başçısı Elnur Şahbaz oğlu Rzayev 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub.
Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alıb. Daha sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə  idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirib.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib

2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib.
03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib. 

Ailəlidir. 3 övladı var.


***

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta  məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas,  2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən bugünədək Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışırdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?