Arxiv
31 Oktyabr 2019, 16:26 |
Mehriban Əliyeva internat məktəbə getdi - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Modern.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb.

Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub.

Qeyd edildi ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur.

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstərir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi 22 Yanvar 2020, 17:36 Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23 Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: “9 milyon manatlıq elektron sistem niyə işləmir?” 22 Yanvar 2020, 17:16 Vilayət Eyvazov kollegiya iclası keçirdi - “Qarşıda çox mühüm vəzifələr durur” 22 Yanvar 2020, 17:09 Yeni məktəbli formalarının təsvirləri təqdim OLUNDU 22 Yanvar 2020, 17:02 Azərbaycanda pensiya və sosial müavinətləri artan insanların sayı AÇIQLANDI 22 Yanvar 2020, 16:56 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - TARİXLƏR 22 Yanvar 2020, 16:50 Seçkiyə müdaxilə etmədiyinə görə işdən çıxarıldığı deyilən icra nümayəndəsi Modern.az-a DANIŞDI 22 Yanvar 2020, 16:43 Qaradağda məslunlaşmış məcburi köçkünlərdən Mahir Abbaszadəyə dəstək 22 Yanvar 2020, 16:36 Cavanşir Paşazadə Həzi Aslanovun ev muzeyində olub - FOTOLAR 22 Yanvar 2020, 16:30 İlham Əliyev: “Prezident Administrasiyasında yeni insanlar lazımdır”  22 Yanvar 2020, 16:24 Konstitusiya Məhkəməsinin sədrinin telefonu dinlənilir 22 Yanvar 2020, 16:17 “Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik” - Hikmət Hacıyev 22 Yanvar 2020, 16:10 Sabah bu marşrut xətti üzrə avtobuslar dəyişdiriləcək 22 Yanvar 2020, 16:03 Metroda və avtobuslarda cibgirlik edən şəxs SAXLANILDI 22 Yanvar 2020, 15:56 Azərbaycanda uşaqlara ən çox verilən ADLARYusif, Zəhra, Əli... 22 Yanvar 2020, 15:50 Putin: “Rusiyaya güclü prezident hakimiyyəti lazımdır” 22 Yanvar 2020, 15:44 İTV Eurovision-2020” üçün mahnı qəbulunu elan etdi 22 Yanvar 2020, 15:37 Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkına baxış keçirdi 22 Yanvar 2020, 15:30 Deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı: “Bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm” 22 Yanvar 2020, 15:23 Azərbaycanda hoteldə işləyənlər üçün YENİLİK 22 Yanvar 2020, 15:17 Rəşad Camalov Şirvan camaatı ilə izdihamlı görüş keçirib - FOTOLAR 22 Yanvar 2020, 15:10 Azərbaycanda ölənlərin sayı azalıb 22 Yanvar 2020, 15:05 AFFA bir neçə futbolçunu cəzalandırdı 22 Yanvar 2020, 15:00 Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladı - Xəzər dənizində 22 Yanvar 2020, 14:54 Oqtay Əsədov “Facebook”a gəldi  22 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Anar Məmmədovun  təşviqatı davam edir - FOTOLAR 22 Yanvar 2020, 14:41 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüşlər keçirib - FOTO 22 Yanvar 2020, 14:40 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 22 Yanvar 2020, 14:33 İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu 22 Yanvar 2020, 14:27 Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR 22 Yanvar 2020, 14:24 “Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub” 22 Yanvar 2020, 14:19 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb 22 Yanvar 2020, 14:14 Azərbaycanda bu sahədə çalışanların maaşı artırılıb - SİYAHI 22 Yanvar 2020, 14:08
SORĞU Yeni parlamentdə kimlər olsun?