Modern.az

“Paşinyanın referendum bəyanatı gələcək sülh danışıqlarına kölgə salır”

“Paşinyanın referendum bəyanatı gələcək sülh danışıqlarına kölgə salır”

Aktual

5 Noyabr 2019, 16:08

Ermənistanın Baş Naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayım zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı referendum keçirə biləcəyini açıqlayıb.

O qeyd edib ki, danışıqlar masası ətrafında əsas məsələ erməni xalqı üçün münasib həll variantı tapmaqdır. Əgər belə varinat tapılsa, o xalqa təqdim olunacaq və ümumi müzakirəyə çıxarılacaq. Baş nazirin sözlərinə görə, qərar ümumilli formatda qəbul olunmalı və lazım gələrsə, referendum keçirilməlidir.

 

Bu barədə Modern.az-a danışan deputat Tahir Rzayev isə düşünür ki, Ermənistanın Dağlıq Qarabağda referendum keçirməsi beynəlxalq hüquq normalarına, BMT-nin mövcud qətnamələrinin tələblərinə ziddir:

 

“Digər tərəfdən Ermənistanın belə bir fikri səsləndirməsi və ya referendum keçirməyə cəhd etməsi bu münaqişənin əsl iştirakçısı olduğunu təsdiqləyir. Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olduğunun dünya ölkələri tərəfindən qəbul edildiyini, azərbaycanlı icmasının sayının 90 minə çatdığını nəzərə alsaq, Paşinyanın bəyanatı onun təcavüzkarlıq siyasətindən xəbər verir və gələcək sülh danışıqlarına kölgə salır”.

 

T.Rzayev söyləyib ki, münaqişə başlayan ilk gündən Ermənistana rəhbərlik edənlər “Qarabağ kartı”ndan istifadə edərək, millətçilik ideologiyasını erməni xalqına sırıyıb, mənfur niyyətlərinə arxalanıb, illərlə hakimiyyətlərini qoruyub saxlayıblar:

 

“Ölkədəki qarşıdurmalar, iqtisadi və mənəvi tənəzzül, yoxsulluq, xarici ölkələrə insan axını onları bir o qədər də düşündürməyib. Bu, Paşinyanın fəaliyyəti üçün də xarakterikdir. O xalqı sakitləşdirmək, böhranı pərdələmək, millətçilik niyyətini həyata keçirmək üçün daim Qarabağ məsələsini önə çəkir. Bununla hakimiyyətinin ömrünü uzatmağa çalışır. Lakin Ermənistanın dünyada nüfuzunun aşağı düşməsi, xalqın nifrəti, ölkənin daxilindəki problemlər onun yanıldığını göstərir və baş nazirin məğlubiyyətini gündən-günə yaxınlaşdırır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü