Modern.az

Arif Hacılının 14 müşaviri təyin edildi - SİYAHI

Arif Hacılının 14 müşaviri təyin edildi - SİYAHI

6 Noyabr 2019, 15:55

Müsavat Partiyasının başqanı Arif Hacılı öz müşavirlərini təyin edib.

Bu barədə Modern.az-a partiyadan məlumat verilib. Partiya başqanının imzaladığı sərəncamlara görə,  aşağıdakı şəxslər müşavir təyin olunublar:

Azər İsmayıl

Baha Mikayılov

Cahangir Əmirxanlı

Dadaş Əhmədli

Elman Həsənli

Əlikram Xurşidov

Fariz Cəfərli

Fizuli Cərullayev

Mərdan Mehdili

Niyaz Nəsir

Ramazan Əliyev

Sevda Səfərəliyeva (Laçınlı)

Yusif Mehdi

Vaqif Davud.


Qeyd edək ki, noyabrın 3-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirildi. Həmin iclasın təşkilati məsələlər bölümündə gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib. Həmçinin MNTK-da boş qalan yerlərə və Divana seçkilər keçirilib.

Seçkilərin nəticələrinə görə, Gülağa Aslanlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Razim Əmiraslanlı Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, Fərəc Kərimli Müsavat başqanının təbliğat məsələləri üzrə müavini, Nemət Kərimli Müsavat başqanının hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini, Osman Kazımov Müsavat başqanının hüquq və insan haqları üzrə müavini, Səxavət Soltanlı – Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini seçilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir