Modern.az

Üsamə bin Ladenin cəsədi sən demə okeana atılmayıb

Üsamə bin Ladenin cəsədi sən demə okeana atılmayıb

2 Mart 2012, 15:34

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Amerika odusunun Pakistanda keçirtdiyi əməliyyat tədbirləri nəticəsində öldürülən keçmiş “Əl Qaidə” lideri Üsamə Bin Ladenin cəsədi okeana atılmayıb. Bu iddianı “Taraf” qəzeti “WikiLeaks” saytının yamıladığı məxfi sənədlərə əsasəm irəli sürüb. Qeyd edilib ki, ABŞ Xarici İşlər Nazirliyinin Terrorla mübarizə idarəsinin əməkdaşı Fred Burton Ben Ladenin öldürüldüyü günün sabahı cəsədin Marlyard əyalətində yerləşən tibb institutuna ekspertiza üçün gətirildiyini bildirib.

Qeyd edək ki, Üsamə Bin Laden 2011-ci il may ayında ABŞ ordusu tərəfindən keçirilən əməliyyat nəticəsidə uzun müddətdir saxlandığı Pakistanda öldürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir