Arxiv
8 Noyabr 2019, 15:05 | AKTUAL
Lənkəranda bayraq yürüşü keçirilib - FOTO

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar  Lənkəran Dövlət Universiteti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilib.

 

Modern.az xəbər verir ki, bayram yürüşünə rayon  rəsmiləri, yüzlərlə tələbə, müəllim, lənkəranlı gənc qatılıb.

 

Milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən  “Bayraq yürüşü” şəhərin H.Əliyev prospektinin girəcəyindən start götürüb. 3 rəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham Dövlət Bayrağı Meydanına qədər 4 km-lik məsafədə  yürüş edib.

 

Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında söylədiyi “Qarabağ Azərbaycandır-Nida! şüarı yürüş boyu səsləndirilib.İzdihamlı yürüşü vətənpərvərlik ruhunda mahnılar müşayiət edib.3 rəngli Azərbaycan bayrağının əzəmətlə dalğalandığı bayram yürüşündə iştirakçılar varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamlarını ifadə edən şüarlar səsləndiriblər.

 

Yürüş iştirakçıları  əminliklə bildiriblər ki,Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi,mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” .

 

Bayraq yürüşü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında musiqili  bayram proqramı ilə yekunlaşıb.Tələbələrin milli vətənpərvərlik ruhunda  təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.

 

Qeyd edək ki,  Respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq hər il  keçirilən “Bayraq yürüşü” gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ,vətənpərvərlik,azərbaycançılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətli  rol oynayır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda daha 57 nəfər virusun qurbanı oldu 26 May 2020, 14:09 Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi 26 May 2020, 14:00 Polis 33 şübhəlini saxladı 26 May 2020, 13:54 Ağalar Vəliyev Goranboyda seçicilərilə görüşdü - FOTO 26 May 2020, 13:49 Azərbaycanda koronavirusun yayılması üçün təhlükə - Bəzi yerlərdə yas keçirilir 26 May 2020, 13:34 Övladlığa verilən 414 uşağın vəziyyəti yoxlanılıb 26 May 2020, 13:22 Sumqayıtda qəzada ölənlərin adları AÇIQLANDI 26 May 2020, 13:16 Sabahın HAVA PROQNOZU 26 May 2020, 13:13 Ermənilər Ramil Səfərovdan əl çəkmirlər - Avropa Məhkəməsi zabitimiz barədə QƏRAR ÇIXARDI 26 May 2020, 13:08 Qənirə Paşayeva aztəminatlı ailələrə yardım etdi 26 May 2020, 12:58 Polis Bərdədə mənşəyi bilinməyən ət aşkarladı 26 May 2020, 12:42 ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT 26 May 2020, 12:30 Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb 26 May 2020, 12:19 Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu 26 May 2020, 12:07 Sumqayıtda dəhşətli qəza - 5 ölü, 2 yaralı - YENİLƏNİB 26 May 2020, 12:00 Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı 26 May 2020, 11:58 Rusiyada virusdan ölənlərin sayı kəskin artır 26 May 2020, 11:47 Bakıda xanım jurnalistin maşını belə soyuldu - VİDEO 26 May 2020, 11:36 Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradıldı 26 May 2020, 11:23 Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşdı 26 May 2020, 11:14 Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat 26 May 2020, 11:07 Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17 Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı 26 May 2020, 09:56 Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu 26 May 2020, 09:48 Bu dərmandan istifadə dayandırıldı - Ölüm riskini artırır 26 May 2020, 09:30 Düşmən snayperləri işə düşdü 26 May 2020, 09:23 Dünyanın ən son koronavirus STATİSTİKASI 26 May 2020, 09:12 General niyə özünü GÜLLƏLƏMƏDİ… 26 May 2020, 09:08 Britaniyada bəzi şagirdlər təhsilə qayıdacaqlar 26 May 2020, 09:00 "Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36