Arxiv
8 Noyabr 2019, 16:33 | AKTUAL
ADU-da "Bayraq Günü" keçirildi - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü, Kamal Abdulla 9 Noyabr – Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib:

 

“Bu gün üçrəngli bayrağımızın ilk dəfə dövlət rəmzi kimi dalğalandığı gündür. 1918-ci ildən 100 il keçir, amma bu bayraq elə vaxt olub səmada, elə vaxt olub ürəklərdə dalğalanıb. “Bir daha yüksələn bayraq bir daha enməz” şüarını ulu öndərimiz Heydər Əliyev Azərbaycanın ən ağır vaxtlarında Naxçıvanda həyata keçirib. 1991-ci ildə Naxçıvan Ali Məclisi bayrağımızı ilk dəfə olaraq Sovet İttifaqında müstəqil bir dövlətin bayrağı kimi dalğalandırıb. Bu da əslində hakim rejimə qarşı bir üsyan, onun yoxluğuna imza atan bir addım idi. Ulu öndərin bu addımı bütün Azərbaycana sirayət etdi və ölkəmiz üçrəngli bayrağını nəhayət ki, bütün hüdudlarımız boyu dalğalandıra bildi.

 

Bu gün Azərbaycanın bayrağı müxtəlif konfranslarda, forumlarda dalğalanır, ölkə prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və qəbul edilməsi üçün əlindən gələni edir, bütün xalqımız da bu yolda cəsarətlə və inamla addımlayır”.

 

Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri səsləndirilib, “Dalğa” rəqs ansamblının ifasında rəqslər nümayiş olunub.

 

“Sabah” qruplarının tələbələrinin hazırladığı tamaşa nümayiş olunub. Tədbir “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30 Soçidə 6 hektar meşə yanıb kül oldu 21 Noyabr 2019, 00:13 Samuxda qaz sızmasından partlayış  20 Noyabr 2019, 23:53 Azərbaycan nefti ucuzlaşıb 20 Noyabr 2019, 23:37 Bakıda "Qoşa çinar" restoranı yandı 20 Noyabr 2019, 23:19 Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 22:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyacan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20