Arxiv
8 Noyabr 2019, 17:44 | İQTİSADİYYAT
Kəndlilərin Mikayıl Cabbarovdan böyük GÖZLƏNTİSİ...

Uzun illərdir məmurlar tərəfindən zəbt olunan əkinə yararlı torpaqların kəndlilərə geri qaytarılması yenidən gündəmdədir. Ölkə başçısı İlham Əliyev respublikada mülkiyyət növündən asılı olmayaraq torpaqların elektron uçotu sisteminin qurulması, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, səmərəli və təyinatı üzrə istifadəsinin təmin olunması sahəsindəki problemlərin həllilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə göstərişlər verib. Komitənin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra, hələ sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun dövründən müzakirə edilən məsələnin həllinə dair ümidlər artıb.

 

Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev danışıb.

E.Quliyev qeyd edib ki, illərdir məmurlar tərəfindən zəbt olunan əkinə yararlı torpaqların kəndlilərə qaytarılması gündəmdədir.

 

Deputatın sözlərinə görə, ölkə başçısının göstərişlərinə uyğun olaraq, əkinə yararlı torpaqlar məmurlardan birdəfəlik alınacaq:

“Bildiyiniz kimi, cənab Prezident kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinin təmin olunması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə göstərişlər verib. Ölkə başçısının qərarı ilə Komitə İqtisadiyyat Nazirliyinə birləşdirilib və rəhbərlik nazir Mikayıl Cabbarova tapşırılıb. Mən əminəm ki, əkinə yararlı torpaqların zəbt olunması problemi vergi sahəsində böyük dəyişikliklərə, islahatlara nail olan, kiçik sahibkarlığın qarşılaşdığı problemlərin həllinə çalışan İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyilə həll olunacaq. Proseslərin gedişindən bu problemin qısa müddətdə həlli gözlənilir. Hətta kəndlilərə əlavə torpaqların verilməsi məsələsi də var. O cümlədən, əkinə yararlı və hasarlanmış torpaqların yenidən istifadəyə verilməsi nəzərdə tutulub”.



Parlamentari qeyd edib ki, əkinə yararlı torpaqları hasarlayanlar adi vətəndaşlar deyil:


“Bunu edən bəzi məmurlardır, hansı ki, işləri-gücləri var, amma torpaqları da zəbt ediblər. Biz məmurlara qarşı deyilik, amma torpaqlar əkilməlidir. Heyifdir o torpaqlara. Torpaq istifadə edilmədikcə şoranlaşmağa başlayır və yararsız hala düşür.

Hasarlanmış kənd təsərrüfatı təyinatlı torpaqların kəndlilərə qaytarılması, yenidən əkilməsi gündəmdədir. Biz kənd təsərrüfatının inkişafını qarşıya məqsəd qoymuşuqsa, ora mütləq torpaq lazımdır. Dövlət büdcəsindən çox böyük subsidiyalar ayrılıb. 2020-ci ildə 1 milyard manata yaxın subsidiya verilməsi nəzərdə tutulub. Bu çox böyük rəqəmdir və dəyərləndirilməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44 Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ 13 Noyabr 2019, 12:36 Deputat maliyyə amnistisiyası TƏKLİF ETDİ 13 Noyabr 2019, 12:30 "Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib - FOTO 13 Noyabr 2019, 12:22 Yanvardan pensiyalar bu qədər ARTACAQ 13 Noyabr 2019, 12:15 Marketlərdən seyf oğurlayan şəxslər tutuldu 13 Noyabr 2019, 12:07 Milli Məclisdə büdcə müzakirələri DAVAM EDİR 13 Noyabr 2019, 12:04 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO 13 Noyabr 2019, 12:00 Elinanın anası apelyasiya şikayəti verdi 13 Noyabr 2019, 11:52 Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO 13 Noyabr 2019, 11:45 “O, deputat nədir, adamlığa layiq deyil” - Rəqibindən Araz Əlizadəyə SƏRT MESAJ 13 Noyabr 2019, 11:45 Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO 13 Noyabr 2019, 11:40 İnam Kərimov iki rəhbər şəxsi işdən uzaqlaşdırdı 13 Noyabr 2019, 11:34 Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı 13 Noyabr 2019, 11:33 Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda 13 Noyabr 2019, 11:27 Nazirlik Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya BAŞLADI 13 Noyabr 2019, 11:24 Bakıda 570 güzəştli mənzildən neçəsi rəsmiləşdirilib? - AÇIQLAMA 13 Noyabr 2019, 11:20 Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar 13 Noyabr 2019, 11:15 İcra başçısı vətəndaşların problemilə yerində tanış olub   13 Noyabr 2019, 11:13 Niyə öskürürük?   13 Noyabr 2019, 11:03 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə olan müraciətlər nə barədədir?... 13 Noyabr 2019, 11:03 Elşad Həsənov kollektivə təqdim olundu 13 Noyabr 2019, 10:54 Tramp Ərdoğana 100 milyard dollarlıq təklif etdi 13 Noyabr 2019, 10:53 Qan yaddaşımızın “Söz Aynası 13 Noyabr 2019, 10:51 Eldar Əzizov Sabunçuda: “Prezident qarşımıza tapşırıq qoyub” 13 Noyabr 2019, 10:45 Növbəti “Məktəb seminarları” Xəzər və Pirallahda 13 Noyabr 2019, 10:42 Mirqafar Seyidova ağır itki üz verib  13 Noyabr 2019, 10:38 Müsavat başqanının müavininə 15 sutka həbs verildi 13 Noyabr 2019, 10:32 Məktəblər arasında respublika çempionatı davam edir 13 Noyabr 2019, 10:25 İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir? 13 Noyabr 2019, 10:17