Modern.az

Zaqatalada dolu əleyhinə raket tapılıb

Zaqatalada dolu əleyhinə raket tapılıb

Aktual

9 Noyabr 2019, 15:42

Zaqatalada dolu əleyhinə raket tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Modern.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Zaqatala rayonu, Uzunqazmalar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə sərhəd zolağına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri bu gün də davam etdirilib, raketin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi