Modern.az

 Misirə enən Ukrayna təyyarəsində yanğın

 Misirə enən Ukrayna təyyarəsində yanğın

Aktual

9 Noyabr 2019, 23:49
Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hidravlik sistemindən yağ sızması nəticəsində Zaporojyedən gələn təyyarənin şassisinin şini eniş etdikdən sonra alışıb.

Hava limanının xilasetmə xidmətlərinin operativ tədbirləri sayəsində yanğın tezliklə söndürülüb və fəlakətin qarşısı alınıb.

Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib, xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi