Modern.az

Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi

Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi

12 Noyabr 2019, 21:14

Türkiyədə məhkəməsi FETÖ/PYD  silahlı terror təşkilatının media nümayəndəsi kimi “Konstitusion quruluşu devirməyə çalışmaq” ittihamı ilə 10 il 6 ay ömürlük həbsə məhkum edilən, 7 gün əvvəl isə azadlığa buraxılan jurnalist Ahmet Altan haqqında yenidən həbs qərarı çıxarıb.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 27-ci Ağır Cəza Məhkəməsi jurnalistin sərbəst buraxılmasına etirazı qəbul edib və Altanın həbsinə göstəriş verib.

Qeyd edək ki, Ahmet Altanın azadlığa çıxmasına etiraz ərizəsi İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən verilib.

 







Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir