Arxiv
15 Noyabr 2019, 20:19 | AKTUAL
"Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq" - Nikola Yurçeviç

"Beş gündür ki, toplanışdayıq. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Heyətdə bəzi oyunçular var ki, oynaya bilməyəcək. Bunlara Maksim Medvedev də əlavə olunub. Onun da oynamaq ehtimalı çox azdır. Matçlara baxanda görürük ki, son beş dəqiqədə məğlub oluruq. Bu görüşlərdə bəxtimiz də gətirməyib. Optimist olmalıyıq ki, qarşıdakı matçlarda yaxşı nəticələr olsun".

Modern.az  "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, komandanın əsas oyunçuları sıradan çıxıb: "Onları əvəz etmək asan olmayacaq. Ümid edirəm ki, komandaya cəlb olunanlar onları layiqincə əvəz edə biləcəklər".

Xorvatiyalı məşqçi dörd oyunun analizlərinə görə ümidli olduğunu sözlərinə əlavə edib: "Uelslə səfər matçında 85 dəqiqə bir xala layiq idik. Xorvatiyadan xal aldıq. Bəhreyndə isti hava şəraitində qələbə qazandıq. Macarıstanda isə son 15-20 dəqiqə yaxşı oynadıq. Qol vurdurq, amma hakim qeydə almadı.

Yurçeviç start heyəti açıqlamamasının səbəbini də açıqlayıb: "Burada hansısa sirri qorumaq kimi fikrim yoxdur. Maksim Medvedevin durumu bəlli deyil. Qalan 9 oyunçunu həmişə demişik".

Mütəxəssis Cavid Hüseynov haqqında da fikirlərini bölüşüb. O, "Keşlə"də çıxış edən Slavik Alxasovun yığmaya çağırılmamasına da toxunub: "Cavid son oyunlarda komandaya kömək edib. Cavidin oyunlarını izləmişik. Heyəti müəyyənləşdirmək asan deyil. Seçim imkanlarımız da çox deyil. Rəşad Eyyubov klubunda oynamadığı üçün çağırmadıq. Eddi İsrafilov gələ bilmədi və Elvin Camalovu cəlb etdik. Cavid Hüseynov təcrübəli oyunçudur. Slavik Alxasovun oynadığı mövqedə çox futbolçumuz var. Amma bu o demək deyil ki, onun üzünə qapıları bağlamışıq".

Yurçeviç millidəki debütantlar Elvin Camalovla Vüsal İsgəndərlinin meydanda olmaq ehtimalından da danışıb: "Ola bilər ki, hər ikisi oynasın. Yaxud biri oynasın, ümumiyyətlə, heç biri oynamasın. Hər ikisi məşqlərdə özlərini yaxşı göstərib və onlardan razı qaldım. Vüsal pozitiv futbolçudur, sürətli reydləri ilə rəqibə narahatlıq yarada bilir. Elvin də mövqeyində aqressivdir. Onlar da digərləri ilə eyni vəziyyətdədir. Şans qazana bilərlər. Oynayıb-oynamamalarından asılı olmayaraq, gələcəyin futbolçularıdır".

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol polisindən piyadavurmaların qarşısını alacaq yenilik 12 Dekabr 2019, 20:24 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12 Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR 12 Dekabr 2019, 14:58