Arxiv
16 Noyabr 2019, 09:17 | AKTUAL
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Obyektlər sökülməlidir

Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır.

 

Nəqliyyat eksperti Elməddin Muradlı məsələnin həlli barədə Modern.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, Bakı-Sumqayıt yolundakı tıxac probleminin həlli ilə bağlı artıq dövlət başçısı tərəfindən göstəriş verilib.

 

“Həmçinin Avtomobil Yolları Agentliyi məlumat verib ki, bu yaxınlarda orda müəyyən işlər görüləcək. Mən bildiyimə görə ilin sonuna qədər Bakı-Sumqayıt yolunun; daha çox Xırdalan və “Şamaxinka” dairəsinin genişləndirilməsi ilə əlaqədar layihələr olacaq. Çünki tıxac yaradan əsas yerlər məhz həmin nöqtələrdir. Mənə elə gəlir ki, hər iki zonada Koroğlu metrostansiyası ətrafında gördüyümüz asma şaxələnmiş körpülərin, yol ötürücülərinin mini formasını yaratmaq, yəni buna bənzər bir sistem yaratmaq olar. Bu daha əlverişli ola bilər”.

 

Elməddin Muradlı qeyd edib ki, bu layihələr hazırlanarkən yalnız indini deyil, gələcəyi də düşünmək lazımdır.

 

“Çünki Azərbaycanda avtomobilləşmə getdikcə daha da artır və onların miqdarı artıqca tıxacların da sayı artır. Ona görə işləri bu gün üçün yox, gələcək üçün görmək lazımdır. Layihə hazırlanarkən iş elə görülməlidir ki, gələcəkdə yenidən yolların genişləndirilməsi kimi məsələlər ortaya çıxmasın. Düşünürəm ki, orda yeni infastruktur qurularkən təbii ki, köçürmə layihələri olacaq. Ordan bəzi obyektlərin plana düşməsi, sökülməsi qaçılmazdır. Çünki yolu genişləndirərkən yəqin ki, bir çox obyektlər plana düşəcək. Mənə elə gəlir ki, bundan sonra məmurlar da məsələyə ciddi yanaşmalıdır. Məsələn, yolun kənarlarındakı əraziləri insanlara satırlar, sonra da genişləndirmə prossesi aparanda kompensasiya vermək məsələləri ortaya çıxır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı XATİRƏLƏRİ 7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43 Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ 7 Dekabr 2019, 15:34 Bakıda avtobus sürücüsü sərnişini döyüb 7 Dekabr 2019, 15:22 Fəzail Ağamalının partiyası da parlament seçkilərinə qatılacaq - FOTO 7 Dekabr 2019, 15:13 Ümid Partiyası parlament seçkilərinə gedir - Qərar   7 Dekabr 2019, 15:04 Müsavat Partiyasından QƏRAR - Seçkidə iştirak edəcəyik 7 Dekabr 2019, 14:45 Növbədənkənar parlament seçkiləri ilə bağlı yeni işçi qrupu YARADILDI 7 Dekabr 2019, 14:36
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?