Arxiv
16 Noyabr 2019, 17:18 | QARABAĞ
Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək?

Xəbər verdiyimiz kimi, dünən Bakının Nərimanov ərazisində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub. Bu hadisə ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb.

 

Maraqlıdır, bəs Milli Qəhrəmanlarımızın şərəfinə heykəl qoyulması ənənəsi davam etdirələ bilərmi?

 

Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında öncə Albert Aqrunova heykəl qoyulmasını alqışladığını bildirib:

 

“Albertlə təsadüfən tanış olmuşam. Mən onu tanıyanda bilmirdim ki, o, Milli Qəhrəman olacaq. Mən Albert Aqrunovun şərəfinə qoyulan abidəyə görə çox sevinirəm. Çünki Azərbaycanda vuruşan qeyri-türklər də olub, onlar da qeyrətlə vuruşublar. Albert də onlardan biri idi. Mən onun üçün abidə ucalmasına böyük fərəh hissi duydum. Azərbaycanın 217 Milli Qəhrəmanı var. Təbii ki, bir çoxlarının heykəli ucaldılıb, lakin mən daha çox istəyərdim ki, şəhid, Milli Qəhrəman Allahverdi Bağırovun abidəsi ucaldılsın”.

 

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova bildirib ki, Albert Aqarunovun şərəfinə heykəl ucaldılmasına görə çox sevinir:

 

“Albert Aqarunov da oğlum kimi Suraxanı şəhididir. Mən ona heykəl ucaldılmasını xəbərini eşidəndə həqiqətən çox fərəhləndim. Vətəni üçün canından keçən bütün qəhrəmanlarımız üçün belə heykəllər ucalsın. Qoy, bu gündən sonra davamlı olsun. Məsələn, Qaraçuxur qəsəbəsinin parkında Cavanşirin büstü qoyulub. Cənab Prezidentimiz bu yaxınlarda xanımı Mehriban Əlieyva ilə birlikdə gəlib büstün qarşısında baş əydilər. Bu insana fərəh hissi yaşadır”.

 

Lalə Rəhimova qeyd edib ki, şəhidlərimiz unudulmamalıdır:

 

“Şəhidlərimizə belə qiymət veriləndə kənardan baxanlar da başa düşür ki, vətəni üçün canından keçənlər belə anılır, yada salınır. Bizim 20 faiz torpağımız işğal altındadır. Atılan belə addımlar qoy gənclərimizdə ruh yüksəkliyi yaratsın ki, Qarabağı geri ala bilək. Xalq öz igidini, şəhidini unutmur. Mən bir ana kimi istərdim ki, bütün şəhidlərimiz üçün abidə ucaldılsın. Etdikləri iş davamlı olsun”.

 

Milli Qəhrəmanımız Məhəmməd Həsənov da öz fikirlərini bizimlə bölüşüb:

 

“Əgər bu gün Albert Aqanurova dövlət tərəfindən heykəl ucaldılıbsa deməli digər qəhrəmanlarımızın da şərəfinə belə addımlar atılacaq. Davamlı olar deyə düşünürəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov 2 Oktyabr 2020, 00:56 COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır 2 Oktyabr 2020, 00:41 “Qarabağ” qələbəsini əsgər salamı ilə qeyd etdi 2 Oktyabr 2020, 00:27 Türkiyədən Azərbaycana dəstək davam edir 2 Oktyabr 2020, 00:21 Xocavəndin işğalından 28 il ötür 2 Oktyabr 2020, 00:06 Cəbhə gündəliyi: 1 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR 1 Oktyabr 2020, 23:57 Türkiyədə daha 67 nəfər koronavirusdan öldü 1 Oktyabr 2020, 23:43 “Qarabağ”dan möhtəşəm qələbə - 7-ci dəfə AvroLiqanın qrup mərhələsində... 1 Oktyabr 2020, 23:27 Ermənistan qırıcıları Azərbaycan sərhədində 1 Oktyabr 2020, 23:18 Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək 1 Oktyabr 2020, 23:06 "Guardian" nəşrinin Qarabağla bağlı yazısına cavab verildi 1 Oktyabr 2020, 22:54 “Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir” – Rəsmi Moskva 1 Oktyabr 2020, 22:47 Azay Quliyev “Əl-Cəzirə” televiziyasına müsahibə verib - VİDEO 1 Oktyabr 2020, 22:37 Sabiq müdafiə naziri: “Hazırda cəbhədə mövqe döyüşləri gedir” 1 Oktyabr 2020, 22:30 Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar 1 Oktyabr 2020, 22:13 Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT 1 Oktyabr 2020, 21:45 Düşmənin 4 gündə itirdiyi texnikanın QİYMƏTİ 1 Oktyabr 2020, 21:32 Ermənistan İsraildəki səfirini geri çağırdı 1 Oktyabr 2020, 21:26 Azərbaycan nefti bahalaşıb 1 Oktyabr 2020, 21:18 Ceyhun Bayramovun Luici Di Maio ilə telefon danışığı olub 1 Oktyabr 2020, 21:09 Müdafiə Nazirliyi hərbi attaşelərə və beynəlxalq təşkilatlara düşmənin təxribatından DANIŞDI 1 Oktyabr 2020, 20:45 “Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır” - Tural Gəncəliyev  1 Oktyabr 2020, 20:35 Rusiyanın baş prokuroru Qarabağ münaqişəsinin  BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyir 1 Oktyabr 2020, 20:26 Ceyhun Bayramov səfirlə görüşüb -FOTO 1 Oktyabr 2020, 20:18 Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb 1 Oktyabr 2020, 20:10 Ukraynada Mixeil Saakaşviliyə hücum edildi 1 Oktyabr 2020, 20:04 Müdafiə Nazirliyi: Döyüş bayrağını qoruya bilməyən Ordunun iki yolu var 1 Oktyabr 2020, 20:00 Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO 1 Oktyabr 2020, 19:50 Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi 1 Oktyabr 2020, 19:40 Əgər belə bir vaxtda da birlik nümayiş etdirmirlərsə... 1 Oktyabr 2020, 19:33 Düşmənin 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil məhv edilib - Müdafiə Nazirliyi 1 Oktyabr 2020, 19:25 Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir 1 Oktyabr 2020, 19:17 Eskişehirspor futbol klubundan Azərbaycana dəstək 1 Oktyabr 2020, 19:10 Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK 1 Oktyabr 2020, 19:03 Təhsil Nazirliyi: Düşmən təxribatı nəticəsində iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağılıb 1 Oktyabr 2020, 18:56