Modern.az

“Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç

“Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç

16 Noyabr 2019, 23:56

"Uelsi təbrik edirəm. Layiqli qələbə qazandılar. Rəqib daha yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq. Rəqibin heyətində hündür oyunçular var. Onların öhdəsindən gələ bilmədik. Künc zərbələri leyhimizə çox oldu. Amma yararlanmadıq. Qol vurmağa cəhd etdik. Bizim hücumlarımız çox kəsərli və təhlükəli deyildi. Biz epizodu qeyd etmək istəyirəm. Rəqib oyunçu açıq əllə oynadı. Penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, başqa nəsə etmək mümkün idi. Ancaq alınmadı".

Modern.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələ matçında Bakıda Uelsə uduzduqları (0:2) oyundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis qrupdakı bütün komandaların keyfiyyətcə Azərbaycan yığmasından daha yaxşı olduğunu sözlərinə əlavə edib: "Macarıstanda bir xalımızı əlimizdən aldılar. Rəqiblərdəki keyfiyyət daha yaxşıdır. Daha çox xal qazanmağımız mümkün idi. Müəyyən hallarda bəxtimiz gətirmədi. Səhvlər də etdik. Ona görə bir xal qazana bilmişik. Nəticə baxımından durum yaxşı deyil. Hesab edirəm ki, şans verdiyimiz cavan oyunçular gələcək görüşlərdə daha yaxşı çıxış edəcəklər".

Xorvatiyalı məşqçi oyundan sonra AFFA rəhbərliyi ilə görüşmədiklərini söyləyib: "Əldə etdiyimiz xallardan mən də razı deyiləm. Bizdə 2-3 keyfiyyətli oyunçu çatışmır. Komandadakı durumumla bağlı nəsə deyə bilmərəm. Müqaviləm fevral ayına qədər qüvvədədir. Özüm və ailəm Bakını və Azərbaycanı bəyənirik. Oyunçulardan da yaxşıdır. Bundan sonra daha yaxşı nəticələr göstərmək mümkündür".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi