Arxiv
17 Noyabr 2019, 13:37 | HADİSƏ
“İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir

İran hökumətinin benzinin qiymətini gözlənilmədən qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərarı ölkəboyu etirazlara səbəb olub.
Bəzi müəlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb. Digər xəbərlərdə ölü sayının 25-ə yaxın olduğu vurğulanır.

Uzun müddət İranda yaşamış, mühacirət etdikdən sonra 12 ildir ki, Azərbaycanda məskunlaşan Araz Obalı Modern.az-a açıqlamasında bildirib ki, iğtişaşlar İranın hər yerində baş verir:

“İğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var. Ölənlərin sayı deyilənlərdən daha çoxdu. Sadəcə İran rejimi bunu gizlədir. Təəssüflə deyə bilərəm ki, ölənlər arasında azərbaycanlıların olması ehtimalları böyükdür”.


Araz Obalı bir məqamı da qeyd edərək bildirib ki, benzinin bahalaşmasına etiraz bir bəhanədir:

“Ona görə ki, millət İran dövlətinin pulları terror təşkilatlarına xərcləməsindən çox narahatdır. Benzinin bahalaşması adı altında “Hizbullah”, “Həmas”, “Əl-Qaidə” kimi terror təşkilatlarının maliyyələşdirməsinə etiraz edilir. Hətta, İranda mollaların oturduğu 2 dini mərkəz yandırılıb. Səbəb kimi belə mərkəzlərə maliyyənin mənasız olaraq ayrılması göstərilir. Həmçinin, etirazların başlamasında təkcə farslar yox, etnik xalqların da  rolu böyükdür”.

İranda benzinin satış qiyməti 2 dəfə bahalaşıb.

Bundan belə benzinin 1 litri 7500 İran rialına yox, 15 min riala (0,36 ABŞ dolları) satılacaq. Eyni zamanda, benzinin aylıq satış limiti də qüvvəyə minib. Adambaşına ay ərzində 60 litrdən artıq benzin ltri 15 min rialdan satıla bilməz.

Limit aşılarsa, 60 litrdən artıq olan hər litrə görə 30 min rial ödənməlidir.

Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər.


Rəsmi Tehran bəyan edir ki, bu bahalaşma və məhdudiyyətlər 60 milyon vətəndaşa maaşların, təqaüdlərin və s.-nin ödənilməsi üçündür.

Real səbəb isə ABŞ-ın İrana qarşı tətbiq etdiyi, ölkə iqtisadiyyatını çökdürən sanksiyalardır.

Hakimiyyət ABŞ sanksiyalarının təsirini məhdudlaşdırmaq üçün benzinin qiymətinə qoyulmuş ağır subsidiyaları azaldıb. ABŞ sanksiyaları İran iqtisadiyyatına mənfi təsir göstərib.

ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından çıxması nəticəsində İran neft ixracı ilə bağlı güclü sanksiyalara məruz qalıb.


İRNA dövlət xəbər agentliyinin yaydığı xəbər görə, cümə gününün axşamı İranın Sircan şəhərində "etirazçılar yanacaq anbarına hücum edib və onu yandırmağa çalışıblar".

Etirazların Məşhəd, Bircand, Əhvaz, Qaçsaran, Abadan, Xoramşəhr, Məhşəhr, Şiraz, Bəndər Abbas və digər şəhərlərini əhat etdiyini xəbər verilir.

İran dünyada benzin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir.

İran həmçinin dünyanın ən böyük neft ixracatçılarındandır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00 Seçkinin nəticələri TƏSDİQLƏNDİ 22 Fevral 2020, 18:00 Su quyusunda meyiti tapılan ana və azyaşlı oğlu ilə bağlı rəsmi MƏLUMAT  22 Fevral 2020, 17:52 MSK beynəlxalq qrossmeysterin anasının şikayətinə BAXDI 22 Fevral 2020, 17:46 Pakistandan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı QƏTNAMƏ 22 Fevral 2020, 17:42 İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi 22 Fevral 2020, 17:36 Orduxan Qarabağ mitinqini çəkdiyinə görə Meydan TV-yə qarşı çıxdı 22 Fevral 2020, 17:30 Video bu dairədəki məntəqənin ləğvinə səbəb oldu 22 Fevral 2020, 17:28 Şənbə etüdləri – Şöhrət Eyvazov yazır 22 Fevral 2020, 17:24