Modern.az

Hicran Hüseynovanın rəsmi görüşə helikopterlə getməsi TƏSDİQLƏNDİ

Hicran Hüseynovanın rəsmi görüşə helikopterlə getməsi TƏSDİQLƏNDİ

Hadisə

19 Noyabr 2019, 12:13

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşə helikopterlə gedib.

 

Unikal.org-un əldə etdiyi məlumata görə, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb. 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov Modern.az-a faktı təsdiqləyib, səfərlə bağlı əlavə şərh vermək istəməyib:

 

“Bəli, Hicran xanım bu gün rəsmi görüşə helikopterlə gedib. Amma biz bunun səbəbilə bağlı əlavə açıqlama verməyəcəyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı