Modern.az

Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb

Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb

20 Noyabr 2019, 15:45

2019-cu il oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1282 min nəfər pensiyaçı qeydiyyatdadır.

Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən bildirir ki, bu, ölkə əhalisinin 12,8 faizini təşkil edir:

“Onların 58,2 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 240,6 manat təşkil edib və orta aylıq əmək haqqının 39,9 faizinə bərabər olub.

Cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artırılaraq 2788,5 milyon manata çatdırılıb. Vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib”.

Rəsmi məlumata görə, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır