Arxiv
21 Noyabr 2019, 13:15 | AKTUAL
Azərbaycanda uşaqlara qarşı cinayət - 266 nəfər məsuliyyətə cəlb olunub 

Bu ilin ilk 9 ayında Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı 159 cinayət törədilib.

 

Modern.az-ın məlumatına görə, bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, həmin müddətdə uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub:

 

"Görülmüş işlər nəticəsində 9 ay ərzində respublikada uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə 38 fakt az olub. Erkən nikahlar kifayət qədər aktual olduğu üçün Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanaraq yerli orqanlara göndərilib".

 

Nazir müavini həmin göstərişlərin icrasının daim nəzarətdə saxlanıldığını qeyd edib: "İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur. Yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə təkcə bu ilin 9 ayı ərzində 1200-dək reyd və yoxlamalar keçirilib. Bununla yanaşı, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni fotosu yayılıb 8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb 8 Dekabr 2019, 13:13 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? Rəsmi cavab 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?