Modern.az

Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB

Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB

21 Noyabr 2019, 15:46

Dünyanın ən böyük mesajlaşma platforması olan Vatsap 400 min nəfəri bloka atıb.

 

Modern.az xəbər verir ki, buna səbəb 2018-ci ildə Braziliyada keçirilən prezident seçkilərində sosial media vasitəsilə saxta xəbərlərin yayılmasıdır.

 

Şirkət rəsmiləri məlumatı təsdiqləyib:

 

“Vatsap” şifrəli platformadır. Avtomatik və toplu mesajlaşmaya dair verilən qərarlar mesajlaşma məzmununu deyil, hesab davranışlarını hədəf alır”.

 

Saxta xəbərlər sayəsində hansı namizədlərin üstünlük qazandığı, hansılarınsa az səs topladığı hələlik açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?