Modern.az

Redaktorlar “SƏLİS Jurnalist”i dəyərləndirdilər: “Hər bir jurnalistin ürəyindən xəbər verir”

Redaktorlar “SƏLİS Jurnalist”i dəyərləndirdilər: “Hər bir jurnalistin ürəyindən xəbər verir”

Media

23 Noyabr 2019, 16:37

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan edib.

 

Modern.az xəbər verir ki, “SƏLİS Jurnalist” müsabiqəsində Azərbaycanda, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistlər və araşdırmaçılar iştirak edə bilərlər.

 

Bəs görəsən bu cür müsabiqələrin keçirilməsini jurnalistlər necə qiymətləndirirlər?

 

“Xalq Cəbhəsi”qəzetinin baş redaktoru Elçin Mirzəbəyli saytımıza açıqlamasında “SƏLİS Jurnalist” müsabiqəsinin keçirilməsini yüksək qiymətləndirdiyini bildirib:

 

“Hələki internet resurslarını izləyirəm, qarşıma elə bir ciddi yazı çıxmayıb. Bütövlükdə “SƏLİS”ə münasibətim müsbətdir, ona görə ki, QHT-in işini kifayət qədər intensiv şəkildə həyata keçirməsinə imkan yaradaraq asanlaşdırıb. Düşünürəm ki, müsabiqəyə təqdim olunan yazılar, ən azından “SƏLİS”in potensialına uyğun gəlməlidir. Müsbət haldır ki, QHT sektoru türklərlə münasibətlərə xüsusi önəm verir. Bu Türkiyə dövləti ilə əməkdaşlağın inkişaf etdirilməsi baxımından önəmli faktorlardan biridir.  Xüsusi bir məqamı da qeyd edim ki, əksər QHT-lər son zamanlara qədər kütləvi informasiya vasitələri ilə dinamik əlaqə qurmağa meyl göstərmirlər. Baxmayaraq ki, təqdim olunan layihələrdə QHT-in fəaliyyətlərini kütləvi informasiya vasitələri işıqlandırmağa daha çox meyillidirlər. Güman edirəm ki, SƏLİS bu istiqamətdə də QHT-lərə istiqamət verəcək. Yəni SƏLİS bu kimi məsəllərdə onlara bir stimul verməyə nail olacaq”.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası media ilə əlaqələrini optimal şəkildə həyata keçirən dövlət qurumlarından biridir:

 

“Şuranın bu il tətbiq etməyə başladığı SƏLİS proqramı təkcə Şura ilə QHT-lər arasında münasibətləri, layihələrin idarə edilməsi prosesini tənzimləmək üçün deyil, ölkədə elektron xidmətə keçid innovasiyaların inkişafında mühüm addımdır. Mən bir müddət əvvəl təklif etmişdim ki, müsabiqələr həyata keçirən digər dövlət qurumları “SƏLİS”dən yaralana bilər. Çünki bu zaman həm şəffaflıq, həm də rahatlıq təmin olunur. Bu məsələlərin mediada təşviqi çox önəmlidir. Bu baxımdan, elan olunmuş müsabiqəni alqışlayıram. Ümid edirəm ki,müsabiqə çərçivəsində hazırlanacaq məqalələr, SƏLİS proqramının məziyyyətlərinin cəmiyyətə təqdimatı, eyni zamanda QHT-media əməkdaşlığı baxımından əhəmiyyətli olacaq”.

 

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə hesab edir ki, bu cür müsabiqələrin keçirilməsi müsbət bir haldır:

 

“Bir tərəfdən götürdükdə burada jurnalistin peşəkarlığının artırılması baxımdan əhəmiyyəti var. Digər tərəfdən isə, jurnalistlərin maddi durumularının yaxşılaşdırılması baxımından da önəmlidir. Bundan əlavə bu cür müsabiqələr həm də rəqabət meydanına çevrilir. Daha yaxşı və  keyfiyyətli mövzunu əhatə eləmiş məqalələr qalib gəlir. Jurnalistlər də çalışırlar ki, daha böyük yaradıcılıq nümayiş etdirsinlər, bu da peşəkarlığın artmasına səbəb olur. Digər tərəfdən isə bu cür müsabiqələr qoyulmuş mövzu üzrə konkret ictimai müzakirələrin açılmasını təbliğ edir. Hesab edirəm ki, digər dövlət qurumları da, eyni zamanda, nazirliklər hər hansı yeni bir layihə reallaşdırarkən media ilə iş aparsalar daha yaxşı olardı”.

  

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə isə jurnalist müsabiqələrinin keçirilməsinə jurnalist əməyinin və intelektinin qiymətləndirilməsindən daha çox, qələm əhlinə bir yardımın elementi kimi baxır:

 

“Yəni il ərzində dövlət büdcəsindən yazılı mediaya külli miqdarda pul ayrıldığı halda, təəssüf ki, elektron mediaya pul ayrılmır. Düşünürəm ki, bu baxımdan müsabiqələrin keçirilməsi elekron mediada çalışan jurnalistlərin maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün düşünülüb. Ancaq internet mediada çalışan yüzlərlə əməkdaşın bu cür yollarla mükafatlandırılması halı təqdirəlayiq hesab olunur.  Hesab edirəm ki, onlara maddi baxımından az-çox dəstəyin verilməsi məsələsi hər bir jurnalistin ürəyindən xəbər verir. Mən bu addımı alqışlayıram”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir