Modern.az

“Əmanətə xəyanət etməyin!” -  Rektordan tələbələrə 10 yeni tövsiyə

“Əmanətə xəyanət etməyin!” -  Rektordan tələbələrə 10 yeni tövsiyə

Təhsil

24 Noyabr 2019, 12:15

Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov tələbələrə müraciət edərək, onlarla yeni tövsiyələrini bölüşüb

Modern.az-ın məlumatına görə, rektor deyib:

“Dəyərli tələbələr və gənclər! Növbəti tövsiyələrimi sizlərlə bölüşürəm:

1. Vətəni sevməyin imandan olduğunu daim xatırlayın.
2. Ölkəmizin inkişafı üçün sizin də məsuliyyət daşıdığınızı unutmayın.
3. Hər gün özünüzə bu gün yeni nə öyrəndim sualını verin.
4. Daha çox inkişafınıza töhfə verə biləcək insanlarla dostluq edin.
5. Zamanın geri qaytarılmasının mümkün olmadığını daim xatırlayın.
6. Hər şeydən öncə insan olmağa çalışın.
7. Heç zaman əmanətə xəyanət etməyin.
8. İnsanlardan sevginizi əsirgəməyin.
9. Təkəbbür və özündən razılıqdan uzaq olun.
10. Səbirli olun, araşdırın sonra qərar verin”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi