Arxiv
24 Noyabr 2019, 22:23 | ƏDƏBİYYAT
Atatürkü hiddətləndirən AZƏRBAYCANLI

1930-cu illərdə Türkiyədə Atatürkün qarşısında söz deməkdən, mövqeyini müdafiə etməkdən çəkinməyən Əhməd Ağaoğludan başqa ikinci bir Əhməd də vardı - əslən Gəncədən olan məşhur türkoloq-alim Əhməd Cəfəroğlu (1899-1975)

1934-cü il 18-23 avqust tarixlərində İstanbulun Dolmabaxça sarayında II Beynəlxalq Türkoloji Konqres keçirilirdi. SSRİ-dən tərkibində akad. İ.Meşşaninov, akad. A.Samoyloviç və başqa tanınmış alimlərin olduğu nüfuzlu heyət gəlmişdi. Bütünlükdə dövr sovet-türk münasibətlərinin yüksəlişi ilə səciyyəvi idi.

Konqressin ikinci günü İstanbul universitetinin dosenti Əhməd Cəfəroğlu "Rus dilində ilk türk yadigarları" adlı məruzə ilə çıxış edirdi. Məruzədə vurğulanan fikir belə idi ki, ruslar türklərin təkcə torpaqlarını deyil, dillərini də işğal ediblər, kasıb dillərini türk dili hesabına zənginləşdiriblər, türk mədəniyyətindən çox şey götürüblər və mədəniyyət sahəsində türklərə borcludurlar.

Sovet nümayəndə heyəti bu çıxışı təhqir kimi qarşılamışdı. Əhməd bəyin sözlərindən hiddətlənən Atatürk çox əsəbi bir halda konqress zalını tərk eləmişdi.

Hadisə böyük səs-küy doğurmuş, təqiblərə yol açmışdı.

SSRİ qəzetləri Əhməd bəyin çıxışını "ağ mühacirin Türkiyədəki dil qurultayında sovetlərə qarşı çevrilmiş hərəkəti" kimi dəyərləndirmişdi.

Türkiyənin aparıcı "Cumhuriyet" qəzeti isə Əhməd bəyi "qurultayda mevzu haricinə çıkan bir hatib" kimi qələmə verərək, söylədiklərinin heç bir elmi əsası olmadığını, fikirlərini dəlillərlə əsaslandıra bilmədiyini iddia etmişdi.

Bunun ardınca universitet rəhbərliyinin qəzəbinə tuş olan Əhməd Cəfəroğlu ədəbiyyat fakültəsindəki rus dili müəllimliyindən azad edilərək, ilahiyyat faküitəsinə (görünür, Allah yoluna qayıtması üçün!) kitabxanaçı vəzifəsinə göndərilmişdi.

Ən böyük zərbə isə Azərbaycan mühacir mətbuatına dəymişdi - həmin ilin sonunda Əhməd bəyin naşiri və redaktoru olduğu akademik təmüyllü "Azərbaycan Yurd Bilgisi" jurnalının nəşri dayandırılmışdı...


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov 12 Avqust 2020, 13:07 Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ 12 Avqust 2020, 13:02 “Twitter”də yeni funksiya yaradıldı 12 Avqust 2020, 12:56 Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı 12 Avqust 2020, 12:50 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi 12 Avqust 2020, 12:44 Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 12:38 Yeni nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi 12 Avqust 2020, 12:32 Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlir 12 Avqust 2020, 12:26 DİM-dən abituriyentlərə güzəşt - 1-ci imtahanda iştirak etməyənlər II mərhələyə buraxılacaq 12 Avqust 2020, 12:20 Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB 12 Avqust 2020, 12:14 Anar Kərimov Braziliyanın ölkəmizdəki səfirilə görüşüb 12 Avqust 2020, 12:08 Niyazi Bayramov vətəndaşları növbəti dəfə video-formatda qəbul edib - FOTO 12 Avqust 2020, 12:02 Azərbaycanda 9 hakimin fəaliyyətini xitam verildi - 39-u məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 11:56 Prezident “Azərsu”ya pul ayırdı 12 Avqust 2020, 11:50 Baş Prokurorluq işgəncə görüntüləri ilə bağlı məlumat YAYDI 12 Avqust 2020, 11:45 Sabah ilk qəbul imtahanı keçiriləcək 12 Avqust 2020, 11:40 Təhsil naziri Türkiyə səfiri ilə görüşdü 12 Avqust 2020, 11:35 “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” – Vahid Əhmədovla MÜSAHİBƏ 12 Avqust 2020, 11:29 Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı 12 Avqust 2020, 11:18 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53