Arxiv
28 Noyabr 2019, 08:49 | MƏDƏNİYYƏT
Türk rejissor: “Türkiyədə Azərbaycan filmləri təbliğ olunmur” - MÜSAHİBƏ

Modern.az saytında yayımlanan “Art Time” rubrikasının budəfəki qonağı “Türk Filmləri Həftəsi” çərçivəsində Bakıya gələn rejissor Seyid Çolak oldu. Gənc rejissor “Türk Filmləri Həftəsi”ndə “Kapan” (“Tələ”) filmi ilə təmsil olunub. Qeyd edək ki, filmin ilk nümayişi 26 noyabrda baş tutsa da, ikinci dəfə 28 noyabr 2019-cu il tarixində saat 19:00-da Nizami Kino Mərkəzində yenidən təqdim olunacaq.


- Necə oldu ki, belə bir film çəkmək istədiniz? İdeya necə yarandı?


-
Öncəliklə danışmağa məkandan başlamalıyıq.  Filmin çəkiləcəyi məkanları gördüm və onlar məni özünə çox cəzb etdi. Çünkü mənim üçün filmdə məkan anlamı çox önəmlidir. Yaxşı bir məkandan təsirləndikdən sonra sən orada öz ideyanı həyata keçirmək üçün ssenari üzərində işləməyə başlayırsan. Mən bir coğrafiya dərgisində məkanı gördüm. Sonra ora ilə tanış olmaq üçün o məkandan bəhs edən sənədli film izlədim. Daha sonra o adaya uyğun hekayə yazıb, xarakterlər əlavə edərək, ssenarini işləməyə başladıq. Filmdə yaratdığımız xarakterlər də tam olaraq bu adaya aid olan xarakterlərdir.


- Məkanlar haqqında danışdınız. Film tam olaraq hansı məkanlarda çəkilib?

-
Ərdahanda “Çıldır” gölündə. İspartanın Beyşehir gölündəki “Mada” adasında və həmçinin İspartada “Küçüktırtar” deyilən bir kənd var və biz məkan olaraq oradan istifdə etdik.


- Bu filmə baxdığım zaman uzun illər öncə çəkilmiş və Fransada “Qızıl palma” mükafatı almış Yılmaz Güney və Şərif Görənin “Yol” filmini xatırladım. Məkan çəkilişləri, filmin tempo ritmi və bir çox səhnələr arasında bənzərlik hiss etdim. Fikrimlə razısınızmı? Bu bənzərlik haqqında daha öncə sizə fikir bildirən olmuşdu?


- Bir neçə fərqli rejissora bənzədən olsa da, mənim rejissor yanaşmamı Yılmaz bəyə bənzədən hələ ki olmamışdı. Doğrudu, bu filmdə kişilərin qadını qarda daşıma səhnələri “Yol” filmindəki qadının daşınması səhnələrinə bənzəyir. Özəlliklə mən bu səhnədəki kadrları ön plandan çəkmədim ki, “Yol” filmindəki səhnə ilə eyni olmasın. Normalda qadının daşınma səhnəsində o filmlə oxşar kadrlar çox olsa da, mən montajda onları çıxartdım. Təbii ki, Yılmaz Güneyin filmlərini və xüsusilə də “Yol”u  çox sevirəm. Ümumiyyətlə sosial gerçəyi təsvir edən “Ümid”, “Yol”, “Divar” kimi ekran əsərləri sevdiyim filmlərdir.


- “Kapan” filminin çəklişləri zamanı problemlər çox oldu?


- Bəli. Çünkü belə filmlərin hazırlanması böyük büdcə tələb edir. Bizim film əslində daha böyük büdcə tələb edirdi, lakin biz əlimizdəki imkanlarla çəkməyə çalışdıq. Bunun xaricində mənim ciddi bir problemim olmadı. Sənətimi sevdiyim üçün çəkimlərdən çox böyük zövq aldım və hətta əyləndim. Bir daha belə bir imkanım olsaydı, böyük məmuniyyətlə bunu edərdim.


- “Kapan” filminin maddi tərəflərini kim qarşıladı?


- “Kapan” Türkiyənin Mədəniyyət Nazirliyinin sifarişi əsasında, “Sinema” Genel Müdirliyinin dəstəyi əsasında çəkilmiş filmdir. Həmçinin, TRT bizim filmimizin əsas dəstəkçisidir. Fürsətdən istifadə edərək, çəklişdə bizə göstərdiyi dəstəyə görə Ərdahan Bələdiyyəsinə  xüsusi minnətdarlığımı bildirmək istərdim. Başqa bir sponsorumuz olmadı.


- Filminizin ssenari seçimi necə aparıldı? Ssenarini prodüsser, yoxsa filmin rejissoru olaraq siz seçdiniz?


- Seçimlər rejissora həvalə olunduğu üçün bunu birbaşa olaraq özüm seçdim. Çəkəcəyim filmin kiçik bir hekayəsini yazdım və ssenarist Güvən Adıgözələ təqdim etdim. Güven Adıgözel hekayəni və məkanları çox bəyəndi və biz ssenarini yazmağa başladıq.

- Tam metrajlı “Kapan” filminin çəkimləri nə qədər vaxt apardı?


- Çəkilişlərimiz təxminən bir ay vaxt apardı. Daha sonra isə montaj prosesinə başlanıldı.


- Gələk gündəmin ən çox maraqlı olduğu bir suala: Filmin büdcəsi nə qədərdir?


- 1 175 000 türk lirəsi - yəni manatla desək 300 000 manat civarındadır.


- Yeni bir film haqqında düşünürsünüzmü?


- “Obruk” adlı yeni filmimizin ssenarisini artıq bitirmişik. Ən qısa zamanda çəkimlərə start verəcəyik. 2020-ci ilin sonları və ya 2021-in əvvəlləri başlamağı düşünürük.


- “Kapan” filmi hansı festivallara qatılıb? Qalib ola bilmisinizmi?


- Filmimiz Moskva və Madrid festivallarının iştirakçısı olub. Malatya film festivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı film musiqisi” nominasiyaları üzrə mükafat qazandıq. Mərakeş film festivalının qalibləri sırasında oldu.


- Azərbaycana ilk gəlişinizdir? Bakını bəyəndiniz?


- Həm filmimin, həm də mənim Azərbaycana və Bakıya ilk gəlişimdir. Bakı çox gözəl şəhərdir. Gözlədiyimdən də daha gözəl... Xüsusilə şəhərin interyerini və buradakı binaları çox bəyəndim. Bakı modern və təmiz şəhərdir. Ən qısa zamanda bir daha Bakıya gəlmək istərdim. Düşünürəm ki, qardaş ölkənin vətəndaşları kimi bu, bizim haqqımızdır.


- Bəs qardaş ölkənin vətəndaşı və rejissoru olaraq Azərbaycan filmləri haqqında məlumatınız var?


- Azərbaycanın “Oskar” mükafatı almış ssenaristi Rüstəm İbrahimbəyovu tanıyıram. Bəzən festivallarda Azərbaycan filmləri ilə qarşılaşıram, lakin Türkiyədə Azərbaycan filmlərinin təbliğatı çox az aparılır. Məsələn, sizin Mədəniyyət Nazirliyi Türkiyədə Azərbaycan filmləri həftəsi təşkil etsəydi, filmlərinizi daha yaxından tanımaq imkanımız yaranardı.


Leyla Şah

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17