Modern.az

Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız? - SORĞU

Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız? - SORĞU

Media

28 Noyabr 2019, 11:03

Azərbaycanın efir məkanında ölkənin ictimai-siyasi həyatında baş verən ən aktual məsələlərin müzakirə olunduğu proqramlar, tok-şoular çox azdır. Əksər TV-lər daha çox şou-biznes və konsert proqramlarına, əyləncə verilişlərinə, filmlərin yayımına üstünlük verir.

Halbuki, Azərbaycan tamaşaçısı ölkə, region və ya dünya gündəmini müzakirə edən səviyyəli ictimai-siyasi proqramlara, tok-şoulara ciddi ehtiyac duyur. Əgər yerli telekanallarda ölkə və beynəlxalq əhəmiyyətli ictimai-siyasi hadisələrin təfərrüatlarını geniş, obyektiv, tərəfsiz təhlil edən verilişlər, tok-şoular yayımlanarsa, şübhəsiz auditoriya qazana bilər

Bu gün yerli TV-lərdə az da olsa ictimai-siyasi xarakterli verilişlər yayımlanır. Bəs bu verilişlrədən hansına daha çox baxılır?

Modern.az saytı bu suala cavab tapmaq üçün sorğuya start verir.

Saytımızın əsas səhifəsindəki (sağda- aşağıda) “Sorğu” bölməsində  “Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız” sualına cavab vermək üçün adları qeyd edilən verilişlərdən birinə səs verməyiniz xahiş olunur. 


“Sorğu” bölməsində aşağıdakı verilişlərin adları qeyd edilib:


- “Əsas məsələ” - AzTV

- “3D” (Dadaş Dadaşlinski) - İTV

- “Mir Şahinin vaxtı” – “Real” TV

- “Sadə həqiqətlər” – Space” TV

- “Xəzər Aktual” - Xəzər TV

 - “Panoram” - Lider TV

- “Aktualno seqodnya” - CBC TV

- “Günə baxış” - ARB TV

- Heç birinə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı