Modern.az

YAP: “Qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb” 

YAP: “Qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb” 

28 Noyabr 2019, 15:41

"Yeni Azərbaycan Partiyasının bu günə qədər olan praktikisına görə, parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb". 

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib. 

 

Onun sözlərinə görə, YAP-ın qərar qəbuletmə strukturları var:

 

"Hər  bir parta istəyir ki, daha çox sayda deputatla parlamentdə təmsil olunsun. Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün  təmsil olunmasını seçicilərimiz müəyyənləşdiriləcək. Seçicilərini inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik". 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir