Arxiv
3 Dekabr 2019, 17:56 | AKTUAL
Məmmədyarovla Lavrovun görüşünün təfərrüatı AÇIQLANDI

“Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Bakıya rəsmi səfər edən Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. Təkbətək formatda başlanan fikir mübadiləsi sonra daha geniş tərkibdə davam etdirilib. Nümayəndə heyətləri çərçivəsində, həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov təmsil olunublar”.  


Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda bildirilib.

Bildirilib ki, nazirlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər.


Mütəmadi xarakter daşıyan Dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif çoxtərəfli zirvə toplantıları çərçivəsində təmasları iki ölkə arasında təşəkkül tapmış intensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edilib.

Həmçinin, cari ilin 20-25 noyabr tarixlərində həyata keçirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərin əhəmiyyəti vurğulanıb. Səfərin nəticələrinə dair ikitərəfli əməkdaşlıq çərçivəsində yeni prioritet istiqamətin – innovasiya və yüksək texnologiyalar – müəyyən edilməsi, həmçinin iki ölkə arasında gənclərarası forumların ənənəyə çevrilməsi kimi vacib qərarların qəbul edilməsi Azərbaycan-Rusiya əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından önəmli olduğu bildirilib.      


Bu xüsusda, S.Lavrov ölkəmizə etdiyi hazırkı səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə qeyd edərək, həmin qəbul zamanı olduqca məzmunlu və məhsuldar fikir mübadiləsinin aparıldığını məmnuniyyətlə söyləyib.


Rusiya naziri BMT, ATƏT, MDB və ölkələrimizin tərəfdaşlıq etdiyi digər ənənəvi formatlar çərşivəsində qarşılıqlı dəstəyin göstərilməsinə sadiq olduğunu təqdirəlayiq hal kimi qeyd edib. Eyni zamanda, S.Lavrov ölkəmizi Qoşulmama Hərəkatında sədrliyə başlaması münasibətilə təbrik edib, Azərbaycanın sədrliyi dövründə RF ilə QH arasında əlaqələrin daha da inkişaf edəcəyinə dair ümid ifadə edib.  


Nazir E.Məmmədyarov öz tərəfindən Rusiya ilə ayrı-ayrı sahələr, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini bildirib. İqtisadi əlaqələr üzərində dayanaraq, o, qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə seçildiyini xüsusilə vurğulayıb. Bu baxımdan, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün tezliklə istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlararası təmaslara yeni təkan verəcəyi qeyd oludub.      

Nazirlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq iqliminin təmin edilməsi və təsərrüfat fəaliyyətinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Bu baxımdan, Xəzəryanı ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi üzrə mövcud perspektivlər müzakirə edilib.

Tərəflər Azərbaycanla Rusiya arasında müxtəlif formatlarda, o cümlədən parlamentlərarası təmaslar, habelə müvafiq Nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söyləyiblər.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində substantiv danışıqların aparılmasının vacibliyini vurğulayaraq, Rusiya Federasiyası da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səylərinin real nəticə gətirəcəyinə dair ümid ifadə edib.

S.Lavrov ölkəsinin münaqişənin dinc yolla nizama salınması üzrə vasitəşilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Görüşün yekunlarına dair Nazirlər Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmələr planını imzalayıblar. Eyni zamanda, Rusiya XİN başçısı Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan xatirə kitabına ürək sözlərini yazıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47 Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO   13 Dekabr 2019, 18:40 Rəsmi İrəvanın açıqlamasına Qarabağ İcmasından cavab: Diplomatiyamızın uğurlarını etiraf edirlər 13 Dekabr 2019, 18:36 Nazir müavini məcburi köçkün məktəblərinin direktorlarını topladı - FOTO 13 Dekabr 2019, 18:31 Nazirlik ilə BP Anlaşma Memorandumu imzalayıb 13 Dekabr 2019, 18:24 Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb 13 Dekabr 2019, 18:17 Azərbaycan Xarici İşlər Nazirliyi: “ABŞ Senatının qətnaməsi qərəzli sənəddir” 13 Dekabr 2019, 18:12