Arxiv
4 Dekabr 2019, 22:03 | MƏDƏNİYYƏT
Afaq Bəşirqızı Millət vəkili Vahid Əhmədov haqqında...

Növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələr-gəlməz xeyli sayda aktrisa və müğənni də deputatlığa namizəd olacağını açıqlayıb. Bu məsələdə xalq artisti Afaq Bəşirqızının da adı hallanır. Belə ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə xalq artistinin deputatlığa namizəd olması ilə bağlı kampaniya başladılıb. Belə ki, məşhurlar xalq artistinin fotosunu paylaşaraq, onu millət vəkili kimi görmək istədiklərini qeyd ediblər.

Bir sıra siyasətçilər isə sənət adamlarının deputatlığa namizəd olmaq istədiklərini qıcıqla qarşılayıb. Onların fikrincə parlamentdə yalnız siyasətçilər, hüquqşünaslar təmsil olunmalıdır.

Modern.az  xəbər verir ki, xalq artisti Afaq Bəşirqızı mövzu ilə bağlı “Yeni Müsavat”adanışıb. Maraqlı müsahibəni təqdim edirik:

- Afaq xanım, prezident və birinci vitse-prezidentin mədəniyyət xadimləri ilə görüşündəki səsləndiridiyiniz təklif və tövsiyələrdən sonra hansı məsələlər öz həllini tapdı, hansılar hələ də açıq qalıb?

- Təkliflərimin hamısı həyata keçdi, özü də artıqlaması ilə. Məsələn, Musiqili Teatr 3-cü dərəcəli idi, yəni aparıcı, mərkəzi teatr statusu yox idi. Lakin həmin görüşdən sonra teatra birdən-birə akademik status verildi. Qeyd edim ki, Musiqili Teatr bu statusa çoxdan layiq idi. Onun tarixi də böyükdür, bu yaxınlarda 110 illiyi qeyd ediləcək.

Bildiyiniz kimi görüşdə aktyorların mənzil problemi ilə bağlı da müraciət etmişdim. Gördüyünü kimi sonradan bir çox həqiqətən mənzilə ehtiyacı olan aktyorlar mənzillə təmin olundular.

Aktyorların maaşlarının azlığı ilə bağlı da müraciət etmişdim. Akademik statusu alan Musiqili Teatr, Rus Dram Teatrlarının maaşı 100 faiz olaraq, artırıldı. Bu yaxınlarda da aktyorların maaşı 40 faiz olaraq artırıldı. Məsələn, bundan əvvəl aktyorlar 120-150 manat alırdı, xalq artistləri, o cümlədən mən 250 manat maaş alırdım.

- Sizin həmin görüşdəki çıxışınızdan sonra bir çoxları sizi millət vəkili kimi görmək istədiklərini dilə gətirdi. Hətta bu günlərdə parlamentin buraxılması məsələsi ortaya çıxanda, bir çox məşhurlar sosial şəbəkələrdə sizin deputat olmağınız ilə bağı kampaniya başlatdılar. Bu məsələyə reaksiyanız necə oldu? Gələcəkdə deputatlığa namizdəliyinizi irəli sürəcəksinizmi?

 - Hamıya öz təşəkkürümü bildirirəm. Amma  bu kampaniya barəsində mənim xəbərim olmamışdı, bilmirdim. Bu kampaniyanı mənim xətrimi istəyən bir jurnalist sayt vasitəsi ilə başlatmışdı. Fikir azadlığıdır, bu barədə heç kəsə heç bir söz deyə bilmərəm, əksinə, ancaq təşəkkür edirəm. Baxmayaraq ki, sosial şəbəkələrdə yoxam, tamaşaçıların rəyini, fikirlərini, mənə qarşı olan  münasibətin əksəriyyətindən xəbərim oldu. İnsanlar məni mədəniyyətimlə tanıyır və hörmət edirlər. Həmin o mədəniyyətin elçiləri də, vəkilləri də bizik.

- Lakin bəzi siyasətçilər müğənnilərin, aktrisaların da deputatlığa namizəd olacaqlarını qıcıqla qarşıladı.

- Hazırda bir aktrisa kimi mənim səlahiyyətim parlamentdəki deputatlarınkından çoxdur. Çünki aktrisa, aktyor öz sənəti ilə problemləri, məsələləri cəmiyyətə, dünyaya daha tez çatdırır.

Son günlərdə məmurlar, istərsə də Milli Məclis üzvləri bilməlidirlər ki, oturduqları kreslo onlara bağışlanmayıb. Onlar orada oturub, xalqın qeydinə qalmalı, xalqın müqəddəratını həll edib, qayğısını çəkməlidirlər. Lakin bunun belə olmadığı son günlərdə də öz əksini tapdı.

Ona görə də nəsə söz, fikir bildirəndə bilməlidirlər ki, 5 barmağın 5-də eyni deyil. Məsələn, bu dəqiqə bütün iqtisadçılar içərisində ən güclü iqtisadçı kimi Vahid Əhmədovu bilirəm. Deputatların da içərisində sənət adamları arasında olduğu kimi istedadlıları, sayılan-seçilənləri azdır. İstedad, vergi hər adama verilmir. Cilalanmış inci hər zaman seçilir. Ona görə də Milli Məclisdə yalnız incilər oturmalıdır. Həmçinin, xalqa yaxın olan, xalqın bilavasitə kədərini, sevincini özününkü kimi bilənlər orada təmsil olunmalıdır. Çünki vəziyyət 20 il bundan əvvəlki kimi deyil. Ona görə də yaşından asılı olmayaraq hər kəs xalqa əlini uzatmağa borcludur.

Yaşlıların vəzifədən getməsi ilə bağlı da məsələyə gəldikdə, onlar təcrübə mənbəyidir, ağsaqqaldır. Yaşlı nəslə hər zaman hörmətlə, qayğı ilə yanaşmaq lazımdır. Yaşlılar və uşaqlar hər bir evin bir növ çırağıdır, onlara barmaq arası baxmaq olmaz.

Onu da vurğulayım ki, aktyorun bilik dairəsi, dünya görüşü hətta iki institut bitirən ziyalılardan da fərqli olur. Bizdə həm savad, həm də təcrübə var. Təsəvvür edin ki, həftədə 1000-1500 nəfərlə ünsiyyətdə olmaq, onlara tamaşa göstərmək, onları qane etmək, alqış qazanmaq, bunların hamısı özü böyük bir təcrübədir. Ona görə də bir daha qeyd edirəm ki, bir-iki nəfərə görə hamıya eyni qiymət vermək olmaz. Aktyor sənəti çox şərəfli sənətdir. Bu sənətin sənətkarı isə çox ağıllı, bilikli, xalqı öz arxasınca apara bilən, xalqa öz sözünü deyib, “hə”sini ala bilən şəxslərdir.

- Prezidentin son təyinatlarını izləyirsinizmi, münasibətiniz necədir?

- Bu barədə söhbət hələ çoxdan gəzirdi. Hər zaman deyirdilər ki, qarşıda böyük islahatlar olacaq. Hətta mən həmin məlum görüşdə də prezidentə müraciət edərək bildirmişdim ki, mədəniyyətə böyük pullar ayrılır, bu sahədə də islahatlar aparılmalıdır.

Aparılan islahatlara gəldikdə isə düşünürəm ki, administrasiya bu məsələni daha gözəl bilir, nəinki mən. Hər halda aparılan islahatlar xeyrə doğru gedəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda yeni siyasi partiya yaradıldı 16 İyul 2020, 22:01 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11