Modern.az

PKK son bir ayda 45 mülki şəxsi öldürüb, 244 nəfəri yaralayıb

PKK son bir ayda 45 mülki şəxsi öldürüb, 244 nəfəri yaralayıb

5 Dekabr 2019, 14:41

PKK/YPG terror təşkilatı yenidən aktivləşib. 

 

Modern.az xəbər verir ki, PKK terrorçuları günahsız vətəndaşlara hücumlar təşkil edərək bölgədə yaradılmağa çalışılan güvən və sabitlik mühitini pozmağa çalışır. 

 

Terror təşkilatı “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə və Türkiyənin sərhəd ərazilərində 9 oktyabrdan bəri 45 mülki şəxsi öldürüb, 244 nəfəri yaralayıb.

 

Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yayılan açıqlamada Türkiyə Silahlı Qüvvələrinin mübarizəsinin terrorçulara qarşı olduğu və dinc əhalinin hədəf alınmadığı vurğulanıb:

 

"9 oktyabrdan bu yana “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terrorçuları tərəfindən birbaşa dinc əhalinin hədəf alındığı, partlayıcı qurğuların olduğu nəqliyyat vasitələri ilə törədilən terror aktlarında 23 günahsız mülki şəxs həyatını itirib, 55 nəfər isə yaralanıb. Ölkə daxilinə top mərmisi və raketlə edilən hücumlar nəticəsində isə 22 günahsız vətəndaşımız öldürülüb,189 vətəndaşımız yaralanıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır