Modern.az

Əli Məsimli növbədənkənar seçkilərə gedəcək?..

Əli Məsimli növbədənkənar seçkilərə gedəcək?..

6 Dekabr 2019, 10:33

“Azərbaycan öz inkişafının yeni mərhələsinə keçib. Cəmiyyət həyatının bütün sahələrində bu yeni mərhələnin məntiqinə və çağırışlarına uğyun islahatların həyata keçirilməsinə başlanılıb”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

Əli Məsimli növbədənkənar seçkilərdə iştirakından da danışıb:

“Prezident seçkilərindən sonra həmin islahatlar sürətlənib. Son vaxtlar hakimiyyətin icraedici qolunda islahatların miqyası genişlənməyə başlayıb. Məhkəmə-hüquq sistemində də islahatları dərinləşdirmək istiqamətində addımlar atılır. Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi mühüm bir hadisə kimi onun fəaliyyətinə yeni dinamizm verə bilər. İdarəetmənin çevikliyinin artırılmasına yönəldilmiş islahatların hüquqi bazasının möhkəməndirilməsi işində iştirakımı və əhalinin maraqlarından qaynaqlanan aktual sosial məsələrə dair təkliflərimin reallaşdırılması istiqamətində səylərimi davam etdirmək məqsədilə Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etməyi məqsədəuyğun hesab edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü