Modern.az

Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır”

Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır”

Aktual

6 Dekabr 2019, 12:06

“Azərbaycanda həyata keçirilən siyasətdə sosialyönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır".

Modern.az-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP sədrinin müavini- icra katibi Əli Əhmədov deyib. O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir:

"Misal olaraq, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqlarının, pensiyaların iki dəfəyə qədər artırılması, dövlət tərəfindən ayrı-ayrı kateqoriyalara verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlilərindəndir. Eyni zamanda, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə ildir uğurla həyata keçirilən siyasət davam edir. Ayrılan dövlət vəsaiti də artırılmaqdadır. İnanıram ki, çox yaxın illərdə prezidentin dəstəyi ilə məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Eləcə də zəlzələ nəticəsində əziyyət çəkən, yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar. Bundan sonra prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələr daha da genişlənəcək. Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun. Hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı