Modern.az

SEPAH: ABŞ-nin 85 hərbi obyektini vurmuşuq

SEPAH: ABŞ-nin 85 hərbi obyektini vurmuşuq

Aktual

8 İyul 2026, 09:39

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən 85 hərbi obyektinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, hücumlar ABŞ-ın bölgədəki hərbi obyektlərini hədəf alıb.

Bundan əvvəl Tehran ABŞ-ın Hörmüz boğazı bölgəsindəki obyektlərə endirdiyi zərbələrə cavab verəcəyini bəyan etmişdi.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) isə bildirilib ki, həyata keçirilən əməliyyatların məqsədi İranın beynəlxalq ticarət dəhlizi ilə həyata keçirilən dəniz daşımalarına hücum imkanlarını zəiflətmək olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?