Modern.az

NATO sammitində 50 milyard dollarlıq silah sazişləri imzalandı

NATO sammitində 50 milyard dollarlıq silah sazişləri imzalandı

Dünya

8 İyul 2026, 10:21

Ankarada keçirilən NATO sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda ümumi dəyəri azı 50 milyard dollar olan müqavilələr imzalanıb.

Modern.az xəbər verir ki, sazişlər hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü, eləcə də silah istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, alyansın 20 üzv dövləti “Drone Edge” təşəbbüsünə qoşulacaq. Layihə çərçivəsində pilotsuz sistemlərin və onlara qarşı mübarizə vasitələrinin istehsalına 40 milyard dollar həcmində investisiya yatırılması nəzərdə tutulur.

Sammit çərçivəsində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclasın iyulun 8-də keçirilməsi planlaşdırılır.

Bundan əvvəl siyasi analitik Nejdet Sezgin Ankaranın Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO sammitinə səfərinin protokol xarakteri daşıdığını nümayiş etdirdiyini bildirmişdi. Onun sözlərinə görə, Zelenskini hava limanında Türkiyənin mədəniyyət və turizm naziri qarşılayıb.

Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov isə sammitdə iştirakçı ölkələrin Rusiya ilə bağlı məsələləri müzakirə edəcəyini bildirib. Onun fikrincə, bu mövzu alyansın ənənəvi gündəliyində mühüm yer tutur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!