Modern.az

Peskov Putinlə Trampın danışığının yeni detallarını açıqladı

Peskov Putinlə Trampın danışığının yeni detallarını açıqladı

Dünya

8 İyul 2026, 09:38

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trump ilə telefon danışığı zamanı İranın nüvə materiallarının taleyi ilə bağlı yeni təşəbbüslər irəli sürmədiyi məlum olub.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı bu mövzu ilə bağlı hər hansı yeni təklif müzakirə edilməyib.

Kremlin məlumatına əsasən, Putin söhbət zamanı İran ətrafında vəziyyətin sabitləşdirilməsi və gərginliyin azaldılması istiqamətində səylərə Rusiyanın praktiki dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-nin İrana qarşı hücumunun İslamabad Anlaşma Memorandumunun birinci və ikinci bəndlərini pozduğunu bildirmişdi. O qeyd edib ki, Vaşinqton son üç həftə ərzində memorandumun şərtlərini dəfələrlə pozub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi