Modern.az

Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR

Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR

6 Dekabr 2019, 16:51

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı partizan müharibəsi başlaya bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Daşnaksütyun” partiyasının qapalı iclasında iştirak edən gənclər qanadının üzvləri mətbuata ünvanladıqları məktubda yazıb. Həmin məktubda “Daşnaksütyun” partiyasının keçmiş büro sədri Qrant Marqaryanın Ermənistan hakimiyyətinə qarşı partizan müharibəsinə başlamağı təklif etdiyi vurğulanır.

 O həmçinin, bütün gəncləri daşnakların elan etdiyi etiraz aksiyalarına qoşulmağa səsləyib. Çağırış daşnaklar arasında səs-küy yaratmasa da, açıq etiraz bildirən bir sıra üzvlər partiyadan kənarlaşdırılıb.

 

“Daşnaksütyun” partiyasının ölkədaxilində nüfuzunun aşağı olması, son etiraz aksiyalarına cəmi 50 nəfərin çıxması millətçi partiyanın Paşinyana qarşı partizan müharibəsinə başlamaq şanslarını heçə endirir.

  

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi