Arxiv
7 Dekabr 2019, 15:13 | AKTUAL
Fəzail Ağamalının partiyası da parlament seçkilərinə qatılacaq - FOTO

Dekabrın 7-də Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, toplantıda parlamentə seçkilər, təşkilati məsələlər müzakirə olunub. Ali Məclisin sədri Rəşadət Yaqublu gündəlikdə duran məsələləri məclis üzvlərinin diqqətinə çatdırıb.

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.

 

Daha sonra partiyanın Ali Məclisinə və Mərkəzi Şuraya yeni üzvlüklərlə bağlı qərar qəbul edilib.

 

Müzakirələrdə iştirak edən partiya funksionerləri seçkilərin dövlətçilik baxımından ciddi hadisə olduğunu önə çəkib və prosesdə yaxından iştirak edəcəklərini söyləyiblər.

 

Gündəlikdə olan məsələlər ətrafında AVP Aparat rəhbəri Elçin Ağamalı, sədir müavinləri Arzuman Abubəkirov, Fikrət Yusifov və Yalçın Hacızadə çıxış edib.

 

AVP sədrinin müşaviri Jalə Mütəllimova Ali Məclisinin bəyanatını məclis üzvlərinə təqdim edib:

 

-Bəyanatda bildirilir ki, 2018-ci ildə xalqın yüksək siyasi fəallığı ilə keçirilən seçkilərdə səslərin mütləq əksəriyyəti qazanan Prezident İlham Əliyev dərhal dövlətin və cəmiyyətin bütün tərəflərini əhatə edən və geniş xarekter daşıyan islahatlara start verib. “İlk növbədə formalaşdırdığı hökümətə təşəbbüskar, novator, müasir dünyagörüşlü, təmiz imici olan və idarəçilikdə kifayət qədər təcrübə toplamış gəncləri cəlb etdi. Struktur dəyişikliklərilə müşayət olunan yeni kadr islahatları davam etməkdə və fundamental mahiyyət daşımaqdadır.

 

Dövlətimizin güclənməsində, maliyyə imkanlarımızın artmasında mühüm amil olan iqtisadiyyatımızı müasir tələblər səviyyəsində qurmaq, vergi və gömrük sistemində şəffaflığı təmin etmək, kölgə iqtisadiyyatına son qoymaq, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmaq yolunda mühüm addımlar atıldı. İnqilabi xarakter daşıyan sosial islahatlar cəmiyyətimizin bütün sahələrini əhatə edib.

 

Eyni zamanda, məhkəmə-hüquq sistemini təkmilləşdirmək məqsədilə “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” Fərman imzalandı və beləliklə, cənab prezidentimiz Azərbaycanı yeni inkişaf səviyyəsinə qaldırmaq niyyətini və iradəsini ortaya qoyub.

 

Ölkə prezidentinin həyata keçirdiyi islahatlar xalqımız və nüfuzlu Beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməkdə və müdafiə olunmaqdadır.

 

2015-ci ildə formalaşan Milli Məclis fəaliyyətinin dörd ilində qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirmiş, çoxsaylı qanunları qəbul etmiş, Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığında əhəmiyyətli addımlar atmışdır. Bununla bərabər, etiraf etməliyik ki, ölkə prezidenti, möhtərəm, cənab prezidentin son iki ilə yaxın zaman kəsiyində həyata keçirdiyi və hakimiyyətin iki qolunu əhatə edən islahatlar, Milli Məclisdən də yan ötə bilməzdi. Ona görə də geniş miqyas alan islahatların yüksək səviyyəli, peşəkar, dövlətçiliyimizə sədaqətli, prinsipial və fəal parlament bazasına söykənərək aparılması zamanın tələbidir.

 

Artıq ölkə prezidenti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər haqqında sərəncam imzalayıb. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etməklə bağlı müsbət rəylərini bildirməkdədilər.

 

Təəssüflə qeyd etməliyik ki, özünü “aparıcı” siyasətçi hesab edən bəzi dairələr gücsüzlüklərini və seçkilərdə məğlub olacaqlarını sığortalamaq üçün əsası olmayan, absurd fikirlərlə gündəlikdə qalmağa çalışırlar. Əminik ki, hər zaman olduğu kimi, xalqımız bir daha onların avantürüst çağrışlarını və özlərini baykot edəcək, erkən parlament seçkilərində yüksək siyasi fəallıq nümayiş etdirəcək.

 

Ana Vətən Partiyasının Ali Məclisi növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında möhtərəm, cənab prezidentin 5 dekabr 2019-cu il tarixli sərəncamını birmənalı olaraq dəstəkləyir və seçkilərdə partiyanın fəal iştirakını zəruri hesab edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM-dən dövlət qulluğuna qəbulla bağlı İDDİALARA CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37 Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər 19 Yanvar 2020, 11:23 “Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb 19 Yanvar 2020, 11:18 Yunanıstanda zəlzələ olub 19 Yanvar 2020, 11:13 Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı 19 Yanvar 2020, 11:08 Tramp impiçment üzrə bütün ittihamları rədd edib 19 Yanvar 2020, 10:43 Pensiyalar nə qədər artacaq? 19 Yanvar 2020, 10:37 Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər 19 Yanvar 2020, 10:27 Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb 19 Yanvar 2020, 10:20 Azərbaycanda ata adı və soyadından imtina edənlər - RƏSMİ 19 Yanvar 2020, 10:02 Masallıda ev yanıb 19 Yanvar 2020, 09:57 Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub 19 Yanvar 2020, 09:54 Tahir Mirkişili seçicilərə HESABAT verdi - FOTO, VİDEO 19 Yanvar 2020, 01:26 Ülvi Quliyev 20 Yanvar şəhidlərinin xatirə turnirində - FOTOLAR 19 Yanvar 2020, 00:57 Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib 19 Yanvar 2020, 00:38 Mahir Abbaszadə Sumqayıtda məskunlaşan seçiciləri ilə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 00:23 Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO 18 Yanvar 2020, 23:56 Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19 Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46
SORĞU Yeni parlamentdə kimlər olsun?