Arxiv
11 Dekabr 2019, 22:29 | AKTUAL
Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi

Onun işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür...

Haqqında söhbət açdığım Zemfira Məhərrəmli Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini 187 saylı orta məktəbdə başa vurub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Bakı" və "Баку" şəhər qəzetlərində əmək fəaliyyətinə başlayaraq, 2003-cü ilədək müxbir, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. İnsan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür.
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib.
2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X "The first" ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır.

...Ömür-gün yoldaşı professor Qulu Məhərrəmlini ölkəmizdə tanımayan insan çətin tapılar. Mətbuatımızın inkişafında böyük işlər görüb. İki övladı, üç nəvəsi var...

Zemfira xanım 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərlər ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub...

Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Ünsiyyətdə çox mehribandır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. ..

Dekabrın 11-i pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisist Zemfira xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Yeni yaşınız mübarək, Zemfira xanım!



Elman Eldaroğlu,
[email protected]

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR 17 Yanvar 2020, 16:45 “Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:38 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32 Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı - Rüfət Quliyevə isə yüksək vəzifə verildi 17 Yanvar 2020, 16:26 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM 17 Yanvar 2020, 16:20 UNEC-də 20 Yanvar şəhidləri anıldı 17 Yanvar 2020, 16:14 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır 17 Yanvar 2020, 16:07 Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar 17 Yanvar 2020, 16:03 Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi 17 Yanvar 2020, 16:02 BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub 17 Yanvar 2020, 15:56 Rövzət Qasımovdan deputatlığa namizədlərə MÜRACİƏT 17 Yanvar 2020, 15:50 Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun! 17 Yanvar 2020, 15:45 “Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb 17 Yanvar 2020, 15:38 Ermənistanda daha bir eks-nazir müəmmalı şəkildə ÖLDÜ 17 Yanvar 2020, 15:32 MSK DSK-nın qərarını ləğv edib 17 Yanvar 2020, 15:26 İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub” 17 Yanvar 2020, 15:20 Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Fotolar 17 Yanvar 2020, 15:13 Yeni və sabiq baş nazirlər təkbətək görüş keçirdilər 17 Yanvar 2020, 15:07 Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR 17 Yanvar 2020, 15:04 Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO 17 Yanvar 2020, 15:01 Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ 17 Yanvar 2020, 14:56 Xaricdəki Azərbaycan evlərinin sayı artır 17 Yanvar 2020, 14:50 Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşları qəbul ediblər - FOTO 17 Yanvar 2020, 14:45 MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ 17 Yanvar 2020, 14:40 Dönər satışına nəzarət edəcək qurum YARADILIR 17 Yanvar 2020, 14:33 YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib 17 Yanvar 2020, 14:30 Bakıda bəzi avtobusların marşrut xətti dəyişdirilir - SİYAHI 17 Yanvar 2020, 14:26 Baş nazir və spikeri güllələyən şəxs Paşinyana YAZDI 17 Yanvar 2020, 14:20 Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdi 17 Yanvar 2020, 14:14 Gürcüstanda Azərbaycan vətəndaşı həbs olundu 17 Yanvar 2020, 14:09 YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ 17 Yanvar 2020, 14:03 Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər SAXLANILDI 17 Yanvar 2020, 13:57 Hüseynbala Mirələmov: “2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var” 17 Yanvar 2020, 13:51 Müzakirədən keçmiş dissertasiyalar geri qaytarılıb: ELM ADAMLARINDAN ETİRAZ 17 Yanvar 2020, 13:45 Rusiyanın yeni baş naziri əslən bu erməni kəndindəndir 17 Yanvar 2020, 13:42
SORĞU Yeni parlamentdə kimlər olsun?