Modern.az

“Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir” - Türkiyə səfiri

“Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir” - Türkiyə səfiri

Aktual

12 Dekabr 2019, 14:26

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə birgə Fəxri xiyabanda Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə gül qoyub, ona ehtiramlarını bildiriblər.

 

Modern.az xəbər verir ki, daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral daha sonra jurnalistlərə açıqlama verib.

 

"Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir. Heydər Əliyev həqiqətən həyatı araşdırılması vacib və gördüyü işlər, fəaliyyəti, davranışı hər kəsin nümunə götürməsi lazım olan dahi şəxsiyyətdir. O, bütün ömrü boyu Azərbaycanın suverenliyini düşünüb, onun müstəqillik qazanacağı günlərin xəyalını qurub, müstəqilliyin bərpasından sonra da ölkəsini necə inkişaf etdirməyi, gücləndirməyi, möhkəmləndirməyi düşünən, ömrünü bu amala həsr edən insan olub. Heydər Əliyev bu yolda öz həyatını təhlükə altına atıb, hər zaman öz canını qurban verməyə hazır olan biri idi", - deyə E.Özoral bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır